Siqaret tüstüsü uşaqlarda eşitməni korlayır

Ana bətnində olarkən ana-atanın siqaret çəkməsi və doğulandan sonra körpələrin siqaret tüstüsünə məruz qalması onların eşitmə sisteminə mənfi təsir edir.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu nəticəyə Yaponiya araşdırmaçıları gəlib. 50300 nəfər uşağın məlumatlarını analiz edən qrup anası hamiləlikdə siqaret çəkən uşaqların 15%-də, doğulandan sonra siqaret tüstüsünə məruz qalan 3 yaşa kimi uşaqların 5 %-də eşitmə aparatının zəifləməsini aşkar ediblər.
Xüsusən 3-4 aylıq körpələrin siqaret tüstüsünə yaxın olması onların zəif eşitməsi riskini 30% artırır.
Mütəxəssislər hamilə qadınlara siqaretdən imtina etməyi və doğulandan sonra uşaqları siqaret tüstüsündən tam uzaq tutmağı məsləhət görür.