Prinsipial valideynlər uşaqlarını ümidsiz həyata məhkum edirlər

Müvəffəqiyyət qazanmaq üçün özümüzü inkişaf etdirməkdən dolayı boş vaxtlarımızı, sevincimizi və həyat yoldaşımıza, uşaqlarımıza sərf etdiyimiz vaxtı qurban vermək məcburiyyətindəyik.

Həyat şərtlərimizin çətinləşdiyini bilirik. Gənc insanların çoxunun özünə aid bir evə sahib olması, hətta ev kirayələmək ehtimalları belə artıq çətindir. Həyat şərtlərimizin bağlı olduğu, möcüzələri ilə həyatımızı gözəlləşdirən təbii dünya qorxulu şəkildə bizdən oğurlanır.

Ötən həftə birja analitiki tərəfindən Wall Streetdə bu yay təcrübə keçməyə başlayan şagirdlərə istiqamətlənmiş bir yazı mətbuata sızdı. Qeyddə gənc tələbələrin girəcəkləri “zəhərli” mədəniyyətə qısa baxış atmaq mümkündür:

“Sizə gücün 10 əmrini təqdim etmək istəyirik. Doqquz həftə müddətində bunlarla yaşayıb, bunlarla öləcəksiniz. Nə olursa olsun hər gecə ofisdən ən axırıncı çıxanın şəxsin  siz olmasını istəyirik. Ofisə yastıq gətirməyinizi tövsiyə edirik. Bu, masanızın altında yatmağınızı daha da asanlaşdıracaq. Praktikantlıq əslində 9 həftə masaya bağlanmaqdır. Praktikantlarımızdan biri müdirimizdən 1 həftəlik icazə istədi və ona gedə biləcəyi deyildi. Eyni zamanda ondan BlackBerrysini təslim etməsini və masanı da yığışdırmasını istədik. Oyun zamanı qurtardı və artıq vidalaşmaq vaxtı gəldi”.

Oyun zamanı bitdi. Heç başlamışdı ki? Əgər bu tələbələrin Financial Times qəzetində bəhs edilən kimi valideynləri varsa, onda necə? Məqalə yeni iş növünə diqqət çəkir: Bağça məsləhətçisi. Bu insanlar müştərilərinin kiçik uşaqları üçün elit universitetə gedən yolun daşlarını döşəyəcək bağça tapmaq məcburiyyətindədirlər. Bunun qarşılığında saata 290 £ məvacib alırlar.

Bu məsləhətçilər altı aylıq oğullarının əvvəlcə Cambridge-ə, ardından Deutsche Bank-a girməsinə qərar vermiş valideynlərdən bəhs edirlər. Ya da iki yaşındakı qızları həftədə iki dəfə özəl dərs alan (riyaziyyat və oxumaq-yazmaqda ən üst mərtəbələrdə yer almaq üçün) və bununla yanaşı həftəlik olaraq fonetik və oxu dərsləri, dram, piano, fransızca başlanğıc və üzgüçülük dərsləri alan valideynlərdən bəhs edirlər. Bu valideynlər uşaqlarının proqramına çincə və ispanca əlavə etməyi də fikirləşirlər: “Kiçik qız o qədər yorğun, gərgin və narahat idi ki, ağzını açmaqdan qorxurdu.”

Uşaqlıqdan iş sahibi olana qədər baş verənlər həyatı, sevgini inkar edən zehniyyətin məhsuludur. Bu zehniyyət, xoşbəxtlik və məmnunluq hissi ilə deyil, həm bədbəxt, həm də məqsədsiz prinsiplə bəslənir. Çünki əvəzinə keçən şeyləri əsla geri qazandıra bilməz: uşaqlıq, ailə həyatı, yay mövsümünün əvəz edilməz zövqü, mənalı və qəlbdən çalışmaq, anı yaşamaq. Bu zəhərli mədəniyyət uğruna iqtisadiyyatın məqsədləri dəyişdi, sosial sənədlər yenidən yazıldı, iqtisadiyyat dünyasının sayılan insanları demokratiya tərəfindən qəbul edilən vergilərdən, tənzimləmələrdən və digər qısıtlamalardan azad edildi.

Əvvəllər hökumətlər uşaqların ruhi sağlamlıq problemlərini hər 5 ildə bir ölçürdülər. Amma bu tətbiq 2004-cü ildə ləğv edildi. Əgər prinsip,  sağlamlığımıza zərər verirsə, güc sahibi insanlar bunu bilmək istəmirlər.

İngiltərədə ruhi sağlamlıq müalicəsi görən uşaqlara istiqamətlənmiş qayğı təşəbbüsü 1999-2014 illər arasında 50% artdı, amma bu göstərici tələbi qarşılamırdı. Bu gün İngiltərədə ruhi problemlərlə boğuşan uşaqların faizi ruhi müalicə alan yetişkinlərə görə daha çoxdur.

Son 10 ildə özlərinə zərər verdikləri üçün xəstəxanaya müraciət edən uşaqlar 68% artdı. İştah problemi olan gənc xəstələrin göstəricisi isə üç ildə iki qata çıxdı.

Uşaqların ümumi sağlamlığı ilə bağlı beynəlxalq anketdə uşaqların həyat məmnuniyyəti sıralamasında İngiltərənin 15 ölkə arasından 13-cü sırada olduğu ortaya çıxdı. İngiltərə “Məktəbə getməyi sevirəm” fikri ilə barışıq olma mövzusunda 13-cü, uşaqların öz bədənlərindən məmnun olmaqları mövzusunda 14-cü və özgüvən mövzusunda 15-ci sırada yer alır.

1653-cü ildə İzaak Walton “yazıq varlı insanın” qismətini belə təsvir edir: Bütün zamanını əvvəlcə əldə etmək və onları qayğı ilə qorumaq üçün sərf edən bu insanlar zəngin olmağa məhkum ediliblər. Buna görə daima məşğuldurlar və daima məmnun deyillər”.

Ev tapşırıqlarını həll et, imtahanları uğurla ver, 20 yaşlarını gün işığı görmədən keçir. Bax o vaxt sən də seçilən insanlar kimi yaşaya bilərsən. Bəli, ağlı başında olan kim belə həyatı yaşamaq istəyər?

Mənbə: egitimpedia.com