Aktiv səhər gimnastikası və sağlam səhər yeməyi bağça yaşında olan uşaqların inkişafı üçün vacib amillərdəndir. Günə belə rejimlə başlayan uşaqlar gümrah və öyrədilənləri mənimsəməyə daha həvəsli olurlar.
“Education Management Network” təhsil şəbəkəsinə daxil olan bütün bağçalar kimi “Peter Pan” uşaq bağçası da uşaqların hərtərəfli inkişafı üçün çalışır.
Bağçada hər səhər uşaqlar hər şeydən əvvəl Dövlət Himnini ifa edirlər. Daha sonra səhər gimnastikasına başlanılır. Gimnastika vaxtı uyğun otaq temperaturunun olmasına və balacaların tərləməməsinə tərbiyəçilər xüsusi nəzarət edir.
Gimnasitkanın ardınca isə uşaqlar gigiyena qaydalarına uyğun əllərini yuyub, yemək masası arxasına keçirlər. Xüsusi zövqlə və həssaslıqla hazırlanan səhər yeməyi uşaqlara verilir. Səhər yeməyində uşaqların inkişafına faydalı olan bal və süd məhsullarına, əsasən də sıyığa üstünlük verilir.
“Peter Pan” uşaq bağçasının sağlam səhər fəaliyyətinin əks etdirən video çarxı təqdim edirik: