
Özgüvənli uşaq – xoşbəxt uşaqdır. O ailəsində olduğu kimi qəbul olunur, sevilir, təhlükəsiz mühitdə və müstəqil şəkildə böyüyür.
Uşaqlar doğuşdan özünəinamlı və ya inamsız olmurlar. Bu bacarıqlar təcrübə ilə qazanılır.
Övladınıza özgüvən qazanmasında dəstək olmaq əhəmiyyətlidir, çünki özgüvənə sahib olan uşaqlar gördükləri işlərdə inamla addım atır, yeni dostlar qazana bilir və oyun parklarında, bağçada, məktəbdə və s.-də yaşıdlarına asanlıqla uyğunlaşa bilirlər. Həmçinin qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyi bacarırlar.
Uşaqlar daha çox özlərini nəyi bacardıqlarını kəşf edərək dəyərləndirirlər. Bu zaman onlar təkcə uğurun deyil, məğlubiyyətin də nə olduğunu anlamalıdırlar. Etdikləri işlərdə nə qədər inamla hərəkət edirlərsə, bir o qədər də özlərinə dəyərləri artacaq.
Uğuru dadan uşaqlar məğlub olsalar belə, yenidən cəhd etməyə can atar, daha çox müvəffəqiyyət qazanar və daha çox özünəinam qazanarlar. Lakin təkrarlanan məğlubiyyətlər özgüvən əksikliyinə səbəb ola bilər. Buna görə də uğursuzluqların öhdəsindən gəlməyi öyrənmək övladınızın özünəinamına pozitiv təsir göstərə bilər.
Övladınıza dəstək olmaqdan ötrü onun əvəzinə nəsə etməyə çalışmaq uşaqda daim sizdən onun əvəzinə nələrsə etmək gözləntisi yaranacaq. Nəticədə qalib olma hissini dada bilməyəcək.
Bir insanın əzmi onun qazandığı uğuru qədər önəmlidir. Çünki uğur bəzən şans əsəri qazanıla bilər. Ona görə də övladınıza inam qazandırmaq üçün onun göstərdiyi əzmi dəyərləndirin. Övladınızın bir işi istədiyi kimi alınmadıqda bununla başa çıxmağın müsbət yollarını öyrənməlidir. Emosiyalarını idarə etməyi öyrənmək uşağın özünəinamını artıracaq.