Valideynlərin bəzən məcbur qalıb uşaqlarına “hə” dedikləri məqamlar olur. Adətən, uşaqlar başqasında gördüyü yeni əşyanı israrla ağlayıb istədikdə valideyn övladının daha çox ağlamaması üçün buna razılıq verir. Araşdırmalar isə bunun uşaq üçün ziyanlı olduğunu, gələcəkdə təmin olunmayacaq əskiklik duyğuları yaratdığını bildirir. Uşaqlar əvvəlcə oyuncaq ayını, sonra aksesuarları istəyirlər. Beləcə istəklər böyüyərək onlar üçün təhlükəli nəticələr ortaya çıxarır.
Buna görə də, hərdən “yox” deməyi bacarmaq lazımdır.
“Yox” demək uşağın ərköyün böyüdülməsinin qarşısını alır. Hər istəyinin yerinə yetirilməyəcəyini elə kiçik yaşlarından öyrənən uşaq, hər iş üçün əlində mükəmməl vasitələr olmadığını da anlayır.
Övladlarımızın bizdən istədikləri hər şeyi onlara pulla aldığımız zaman əslində onları əllərində olan qaynaqların məhdud olduğuna inandırmış oluruq. İstədiklərinin arabir rədd edilməsi onların fərqli tərəfdən düşünmələrinə səbəb olacaq.
Araşdırmalar göstərir ki, zənginlik içində böyüməyən insanlar əlində olanlardan çox gözəl şəkildə istifadə etməyi daha yaxşı öyrənirlər. Əlbəttə ki, uşaqların ehtiyac duyduğu sağlam qidanı, geyimi və sevgini azaldaq demirik, amma uşaqlarımızın istəklərinin çoxunu həyata keçirdikdə onlara səhv mesajlar vermiş oluruq.
Mənbə: egitimpedia.com