Bir təqibçi “Nesin Matematik Köyü”nün Facebook səhifəsində soruşur: 6-7 yaşarası uşaqlara hansı riyaziyyat kitabını məsləhət görürsünüz? Cavab belədir: “O yaşdakı uşaqları riyaziyyata boğanları Uşaq qoruma təşkilatlarına şikayət edirik. Uşaqlar kitab oxusunlar, oyun oynasınlar, musiqiylə maraqlansınlar…”
Bu zəmanədə ana-ata olmaq çox çətindir deyirik. Əslində uşaq olmaq daha çətindir. Çünki uşaqlar vaxtının çoxunu özlərinə nəsə öyrətmək üçün həmişə yanlarında olan valideynləriylə keçirmək məcburiyyətindədirlər. Məsələn, getdiyi parkda yelləncəkdə yellənməyin dadını çıxaran bir uşaq, anidən yetkin şəxsin öyrətmək sevdasıyla bu zövqündən məhrum olur. “Hər yelləndiyimizdə sayırıq, biir, ikii, üüç…” Yaxud boş kağıza içindən nə gəlirsə çəkən bir uşağın məqsədiz şəkildə rəngləri kəşf etmək zövqü, bir yetkinin müdaxiləsiylə birdən-birə maşın necə çəkilir dərsinə dönür.
Eyni uşaqlar böyük ehtimalla günün digər saatlarında da getdikləri bağçalarda hər dəqiqələri fəaliyyətlərə “boğularaq” yenə yetişkinlərin nəsə öyrətmə sevgisnə məruz qalırlar. Buna görə də ətrafda 2-3 yaşında 10-a hətta 20-yə qədər ingilis dilində, həm irəli həm geri saya bilən, öz yaşları üçün olduqca lazımsız məlumatları əzbər bilən uşaqlarla dolmağa başladı. Zəmanə uşaqları nə qədər də ağıllıdır… Elədirmi doğrudan?
Ailələr uşaqlarının bu qədər çox məlumata sahib olmasından qürur duya bilərlər ya da fəaliyyətlərlə uşaqlarına çox şey öyrətdiklərini düşünə bilərlər, amma təəssüf ki, mütəxəssislər eyni fikirdə deyillər. Günümüzdə tədris mərkəzli hazırlanmış oyunların sərbəst oyunun yerini almasıyla bağlı ciddi narahatçılıqlar var. Az yaşda bilgiylə doldurulan və çox yönləndirilən bu uşaqlar öz-özlərinə ya da digər uşaqlarla oyun qurmağı, xəyal güclərinin və yaradıcılıqlarının sonsuzluğunda uzun-uzun vaxt keçirməyi, öyrənmənin ən əsas motivasiyası olan maraqlanmağı və yoxlayaraq kəşf etməyi itirməyə başlayırlar. Bundan əlavə uşaqlar yetişkinlər tərəfindən yönləndirilərək oyun oynamağa o qədər alışırlar ki, günlük həyatlarında məşğul olmağa fəaliyyət tapmayanda çox sıxılırlar.
Sərbəst oyun dedikdə nədən bəhs edirik bəs? Uşaqların öz maraq və kəşfləriylə başlatdıqları və yaratdıqları dünyada, heç bir müdaxilə olmadan istədikləri rollara girdikləri, bu rolları istədikləri kimi dəyişdirdikləri, heç bir qaydanın olmadığı, hara gedəcəyinə və necə bir obraza bürünəcəyinə sadəcə və sadəcə uşaqların qərar verdiyi oyunlardan bəhs edirik. Yəni kənardan baxan biz yetkinlərə bir şey ifadə etməyən, “Bu dəlilər nə edir?” ya da “Uşaqdır” dedirdən oyunlar. Biz yetkinlərin bir vaxtlar doya-doya oynadığı oyunlar.
Oyun haqqında edilən saysız araşdırmanın heç biri sərbəst oyunu sadəcə hərəkətli uşaqalrın enerjilərini boşaltdığı mənasız bir fəaliyyət olaraq görmür. Çünki beyni sərbəst oyun qədər hərəkətə keçirən başqa heç bir şey yoxdur. Sərbəst oyun yaradıcılığı dəstəkləyir, beyin inkişafının hazırlanmış oyunlara görə daha müsbət təsir etməsini təmin edir. Sərbəst oyun sosial adaptasia, stresslə başa çıxma və problem həll etmək kimi bacarıqların yaranmasında da çox önəmli rol oynayır.
“İcazə verin, uşaqlar oynasın” kitabının yazarı Albert Vinzens uşaqların mümkün olduğu qədər çox oyun oynamalarını, çünki oyunun uşaqların öz istedadlarına güvən hiss etmələrinə dəstək olduğunu söyləyir. Üstəlik, uşaq inkişafının hansı dönəmindədirsə, oyun da elə o dönəmi dəstəkləyir. Yəni, oyun uşağı kitabdan deyil, özündən yola çıxaraq inkişaf etdirir. Bundan daha möhtəşəm təhsil ola bilərmi? Viznes belə deyir: “Uşağın öz ritmini tapması üçün oyuna ehtiyacı var. Buna görə də günümüzdə uşaqların ağıllarına mümkün olan ən çox bilgini salmaq kimi bir məqsəd əslində mənasız və boşdur”.
İstər uşaqlarının yaxşı məktəblərdə oxuyaraq akademik müvəffəqiyyətlər qazanması gözləntisilə özünü uşaq üzərindən təsdiqlətmək deyin, istər “uşağım oxusun, yaxşı iş tapsın” qayğısı deyin əvvəlcə valideynlər, sonra da bağçalar və məktəblər sərbəst oyundan bir-bir imtina etdilər. Uşaqların məktəb sonrasındakı sərbəst zamanları belə sənət, idman ya da əlavə təhsil fəaliyyətləriylə doldurulmağa başlandı. Vəziyyət o qədər dəhşətlidir ki, sərbəst oyunun coşğusuyla yaradılan uşaqlığın o möhtəşəm krallığının sonu gəlirmi deyə düşünür insan. Bəs yaxşı bu uşaqlar nə vaxt oynayacaq?
Mənbə: egitimpedia.com