Hazır geyim, ev dekorasiyası, idman avadanlıqları və başqa sektorlar üçün önəmli sahələrdən biri də vitrin dizayn etməkdir. Vizual qaydaya salma atelyelərinə rəğbət olduqca yüksəkdir. Satış sektorunda olanlar diqqətçəkici vitrinlərin satışa nə qədər təsir etdiyinin fərqindədir. Diqqətçəkici vitrin, əslində müştərisinə də ilk qarmağı atır və bu qarmaq satışa dönmə ehtimalını artırır.
Müəllimin sinifdəki rolları üzrə oxuduğum yazıda dost, rəhbər, ana-ata rolundan başqa “satıcı” sözünə rast gələndə təəccüblənmişdim. Həqiqətən də müəllimin bəlkə də üzərində heç düşünüb danışmadığımız ən önəmli rolu satıcılıq ola bilər. Dərsə girəndə planladığı məlumat-bacarığı tələbələrə verməyə çalışan adam müəllimdir. Biz şagird olarkən məlumata çox uzaq idik. Bəlkə də buna görə müəllimin planladığı dərsdəki məlumatları almaq üçün səy göstərirdik. Müəllimin bizə məlumat çatdırması üçün xüsusi bir şey etməyinə də ehtiyac qalmırdı. Halbuki məlumata çatmağın bu qədər asan olduğu zamanda şagirdlərə məlumat və ya bacarığı təqdim etmək üçün yaxşı satıcı olmaq lazımdır.
Sinfin içinin, divarlarının öyrənməyə uyğun olaraq dizayn edilməsi öyrənməyə dəstək olacaq. Məsələn, Dünya və Kosmos mövzulu bir dərsə keçid edirsiniz. Sinfin qara bir qurşaqla örtüldüyünü və Günəş sisteminin bu sinfin tavanında yaradıldığını xəyal edin. Belə bir sinifdə Günəş sisteminə dair povestlər daha təsirli olacaq. Sinfin güvənli və xoşbəxt bir öyrənmə məkanına dönüşməsi və şagirdləri motivasiya edəcək məkanı yaratmaq üçün “sinif dizaynı” istifadəsi yaxşıdır.
Sinif dizaynının yalnız dekorativ bir məqsədi ola bilər, eləcə də sinifdə xüsusi sahələr yaradıla bilər. Məsələn doğum günü guşəsi, sinif statistikası guşəsi, şagird şkaflarının kimə aid olduğunu göstərən tanıdıcı işarələr və s. sinfi bir səhnə olaraq gördüyümüzdə bu səhnənin dizaynı da önəmli olacaq. Necə ki, bir teatr oyununda səhnə dekoru, oyundakı dramatik quruluşu gücləndirirsə, sinifdə ediləcək vizual tənzimlənmə də sinifdəki öyrənmə mühitinə dəstək olacaq. Məsələn, təbii fəlakətlər mövzusunu işləyəcək müəllimin sinif mühitinə asacağı posterlər, öyrənmə xəritələri, maraq artıracaq sual lövhələri, təbii fəlakətlərlə bağlı afişalar mövzu ilə bağlı öyrənməyə qatqı yaradacaq.
Sinifdə yaradılan oxuma guşəsi, kitabların sərgilənmə formaları, sinif yaş səviyyəsinə uyğun olaraq asılan hərflər, rəqəmlər, elementlər, xəritələr və məlumatlandırma lövhələri ya da bənzər guşələr və dizaynlar şagirdlər üçün diqqətçəkici ola bilər. Şagirdlərin məhsulları da onlara verilən dəyəri göstərə bilmək baxımından sinifdə sərgilənə bilər.
Günün karikaturası, həftənin tapmacası, çətin suallar, bunları bilirdinizmi? kimi bölmələr yaradılaraq şagirdlərin sinifdə boş olduqları zamanlarında maraqlana biləcəkləri məkanlar yaradıla bilər. Həftənin axışı, dərslər, ayın menyusu, rutinlər, sinif üçün məsuliyyətlər və s. tablolar sərgilənə bilər. Layihə ya da oxşar kontrol məqsədli çalışmalar edilirsə, bunların kontrol cədvəlləri də sərgilənə bilər.
Sinif dizaynı yaratmağı bir məkanın bütöv olaraq tənzimlənməsi olaraq düşünə bilərik. Şagirdlərin aktiv olaraq evdən daha artıq zaman keçirdikləri sinif otaqlarının ətraf mühit dizaynı birbaşa öyrənməklə, güvənlə, həyəcanla əlaqədardır. İllər içində diqqətli, həyəcanını itirməmiş, daxili intizamı yüksək müəllimlərin etdikləri toxunuşlarla siniflərində öyrənməyi dəstəklədiklərinə şahidlik etdim.
Mənbə: egitimpedia.com