Günəşli günlərin azalması, havaların soyuması ilə bağlı qapalı mühitdə daha çox zaman keçirən usaqlar mövsüm dəyişdiyi vaxtlarda böyüklərdən daha çox təhlükə altındadırlar. Ani temperatur dəyişikliyi, havanın sürətlə soyuması və buna uyğun geyinilməməsi, uşaqların olduğu sinif, oyun sahələri və buna bənzər yerlərdəki toz, bakteriya miqdari, xəstə insanlarla sıx təmas uşaqların tez xəstələnməsinə səbəb olur.
Mövsüm dəyişikliyində uşaqların yoluxduğu 5 xəstəlik növü asağıdakılardır.
1.Üst tənəffüs yollarının infeksiyası. Bu dövrlərdə ən çox rast gəlinən xəstəlik növüdür. Uşaqların tez-tez qrip olması havasız mühitdə çox vaxt keçirərək, farangit, boğaz və qulaq infeksiyaları ilə nəticələnir. Uşaqlarda üst tənəffüs yolları xəstəliklərinin əlamətləri isə qızdırma, boğaz ağrısı öskürək, qulaq ağrıları kimi göstiricilərdir.
2.Allergik vəziyyətlər. Tozla bağlı allergik vəziyyətlər uşaqlar və ailələri üçün böyük problem yarada bilər. Bu dövrlərdə uşaqlarda öskürək halları çoxalır və tədbir görülməzsə, zamanla bronxitə çevrilmə təhlükəsi yaranır.
3.Astma xəstəliyi. Mövsüm dəyişikliyi və xüsusən də soyuq hava astma xəstəliyinin başlamasına səbəb olur. Hava yollarının daralması ilə özünü göstərən astma xəstəliyində zədə görən hava yollarıdır. Öskürək, nəfəs darlığı, xırıltılı nəfəs astmanın əlamətləri arasındadır.
3.Mədə-bağırsaq infeksiyaları. Mövsüm dəyişikliyində səbəbi tam olaraq bilinməyən qastrid, yanma, qusma kimi xəstəliklərdə artış yaranır. Qarın boşluğunun üst hissəsində ağrı, yanma, şişginlik, gəyirmə kimi əlamətlər yer alır. Bu xəstəlikdən qorunmaq üçün uşaqlarınıza qızartma, yağlı, ədviyyatları çox olan yeməklər yedizdirməyin, qazlı içkilər yerinə bol su içizdirin.
Mənbə: birgun.net