1956-cı ildə gənc John Lennon evə adamın kefini pozacaq qiymət cədvəli ilə gəldi. Ağıllı və dəcəl bir uşağa verilən bu qiymət cədvəli məktəblər haqqında daha çox düşünməyimiz lazım olduğunu bizə göstərir. Musiqi tarixində öz damğasını vuran bir musiqiçi, şairin qiymət cədvəlində yazılanlar:
Fransız dili müəllimi: “Bir az da diqqətini toplamağı bacarsa, sinfin ən ağıllı uşağı ola bilər”.
Riyaziyyat müəllimi: “Əgər belə davam etsə, uğursuz olmaq yolunda irəliləyir”.
Fizika müəllimi: “Dərslərə maraq göstərməyə heç cəhd eləmir. Bacarıqlarını istifadə etmək əvəzinə, düşüncələrə dalmağı seçir”.
Din müəllimi: “Sinifdəki rəftarı əksərən qeyri-kafidir”.
Sinif rəhbəri: “Çox yanlış həvəsləri var və enerjisini yersiz yerə xərcləyir”.
Mənbə: egitimpedia.com