“İndigo” uşaq bağçasının açılış mərasimi keçirilib

14059955_1039661762796589_842902893_o

Ümumi sahəsi 1000m2-dən çox olan “İndigo” uşaq bağçası paytaxtın “Neapol” dairəsi yaxınlığında fəaliyyət göstərir.

Bagcam.az xəbər verir ki, “İndigo” uşaq bağçası 100 nəfər uşaq üçün nəzərdə tutulub. Bağçanın yeməkxanası xüsusi mətbəx avadanlıqları ilə təchiz olunub. 3 mərtəbədən ibarət olan binada tədris otaqları yeməkxanadan tamamilə kənarda yaradılıb. Həmçinin, uşaqların yataq dəstlərinin həftəlik yuyulması üçün bağçanın xüsusi camaşırxanası da mövcuddur. Bağçada uşaqlar həftənin 6 günü saat 08:00-dan 20:00-dək yaşına uyğun olaraq, qruplarda təlim-tərbiyə prosesinə cəlb olunur, müxtəlif məktəbə hazırlıq, idrak, mədəni-estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici məşğələlərə cəlb olunur, müxtəlif əyləncə və istirahət xarakterli tədbirlərdə iştirak edirlər.

Uşaq Bağçasında tədris qrupları 2 dildə – rus və azərbaycan dilində təşkil olunur və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Məşğələlər Milli Kurikulum Proqramına əsaslanır və Fərdi İnkişaf Planı əsasında uşaqlara yanaşma tətbiq edilir. Tədris prosesi “Master Tərbiyəçi” tərbiyəçi təkmilləşdirmə proqramını uğurla başa vuran, “Education Management Network” şəbəkəsinə daxil olan digər bağçalarda təcrübə keçən pedaqoji heyət tərəfindən həyata keçirilir.

Bağça proqramına daxil olan bədii ədəbiyyat, hərflər və sadə riyazi təsəvvürlər üzrə iş, ətraf aləmlə tanışlıq, sensor tərbiyə, bədən tərbiyəsi, estetik tərbiyə, kağız işi, gil işi, rəsm, musiqi, nitq inkişafı, quraşdırma kimi standart məşğələlər uşaqların hərtərəfli inkişafını təmin edir.

Onlayn müşahidə kameraları gündəlik tibbi nəzarət və pediatr müayinəsi ilə körpələrin sağlam gələcəyi təmin olunur.

Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 09:00 – Səhər Yeməyi, 11:00 – Meyvə Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Şirniyyat Vaxtı, 18:00 – Axşam Yeməyi olaraq təmin edilir. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir.

Qeyd edək ki, “İndigo” uşaq bağçası “Education Management Network” şirkətinə daxildir. Şirkət təhsil sahəsində, xüsusən də, məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlər təklif edir.