Haqqımızda

Layihə haqqında

www.bagcam.az portalının məqsədi valideynlərin istək və arzularına uyğun məktəbəqədər təhsil müəssisəsi tapmasına kömək etmək, həmçinin məktəbəqədər təhsil müəssisələrinin bir mərkəzdən tanıtımını həyata keçirmək və onların öz PR fəaliyyətini təşkili üçün onlara bərabər imkanlar təmin etməkdir.

Bunun üçün biz “Bağça Axtar” bölməsində məktəbəqədər təhsil müəssisələrinin Bakı şəhərinin rayonları və Metro Stansiyaları üzrə axtarış sistemini təqdim edirik. Həmçinin valideynlər istədikləri müəssisənin adını ümumi kataloqdan seçməklə müəssisə ilə yaxından tanış ola bilərlər.

www.bagcam.az portalı davamlı yenilənməklə valideynlər üçün uşaq psixikası, uşaq sağlamlığı, uşaq tərbiyəsi, uşaqların təhsili, uşaqların əyləncəsi və digər uşaqlarla bağlı yazıları “Məqalələr” bölməsində təmin edir.

Həmin məqalələrin  hazırlanmasını ölkəmizin tanınmış mütəxəssisləri və müxtəlif təhsil müəssisələrinin mütəxəssisləri həyata keçirir ki, onlarla da portalın “Mütəxəssislər” bölməsində tanış ola bilərsiniz və onlara müxtəlif suallar verə bilərsiniz. Bundan əlavə olaraq “Xəbərlər” və “Elanlar” bölməsi şəhərimizdə yerləşən təhsil müəssisələrinin elan və xəbərlərini Sizlərin diqqətinə çatdıracaqdır.

www.bagcam.az portalı təhsil müəssisələrinin tanıtımı üçün bərabər imkanlar yaradır. Portaldakı “Üzv ol” bölməsi vasitəsilə müəssisələr bizim virtual şəbəkənin üzvü olur, özləri haqqında mətn, foto, video, audio formasında məlumatlar yerləşdirirlər və beləliklə, portalın əsas səhifəsində “Özəl Üzvlər”, “Son Əlavə Olunanlar”, “Rayonlar üzrə Müəssisələr” və “Bağça Axtar” bölmələrində yerlərini alırlar.

Gələcəyimiz olan uşaqlarımız üçün ən münasib təhsil müəssisəsini seçmək çox önəmlidir. Bunun anlayaraq, Biz xoşbəxt və sağlam bir gələcək üçün Azərbaycanın məktəbəqədər təhsil portalı www.bagcam.az ilə hər zaman yanınızdayıq…

 

Sevgilərlə,

www.bagcam.az portalının kollektivi