Dövr bilik və texnologiya dövrüdür. Belə deyirik, özümüzə, uşaqlarımıza, dosta-tanışa. Hər səhər uşaqlarımızı məktəbə yola salırıq. Qışın soyuğu, yayın istisi, həmişə bir qaçhaqaç içərisindəyik. Gözləyirik ki, vaxtın sürətinə çatsınlar, gələcəkdə yaxşı peşəyə sahib olsunlar. Bəs, uşaqlarımız bu yorucu maratonlarda ən təsirli öyrənmə metodlarından birilə, “Təkmilləşdirilmiş Təhsil Modeli” (5E/7E) ilə tanış olma imkanını tapa bilirlərmi?
Təkmilləşdirilmiş Təhsil Modeli ilə Tanış olma
Əgər uşağınız yeni biliklər öyrənməyin həvəsindədirsə və əvvəl öyrəndiklərini yeni biliklərlə qarışdıra bilirsə, böyük ehtimalla sinfində bu addımlardan istifadə edən müəllim vardır:
- Diqqət Çəkmək – Giriş (Engage – Enter)
- Kəşf etmək – (Explore)
- Açıqlama – (Explain)
- Dərinləşdirmə – (Elaborate)
- Dəyərləndirmə – (Evaluate)
Uşağınızın müəllimi bu addımlarla nə etməyə çalışır, açıqlamağa çalışaq.
Mən bunu bilirəm! Bəli, bəli, dilimin ucundadır.
Müəllimin ilk addımdakı məqsədi, uşaqlarımızın əvvəl öyrəndiklərini ortaya çıxarmaqdır. Bunun üçün əlində yaradıcı, maraqlı və həyəcan yaradan bir materialla sinfə girə bilər. Yenə uşaqları həyəcanlandıracaq suallarla diqqətini çəkə bilər. Müəllimin məqsədi doğru məlumata çatmaq deyil, əvvəl öyrəndiklərini şagirdlərə xatırlatmaq və fərqli fikirlərin ortaya çıxmasını təmin etməkdir.
Özümü bir elm adamı kimi hiss edirəm.
Müəllim ikinci addımda şagirdlərini daha da aktiv etmək üçün bir fəaliyyət təşkil edir və şagirdlərindən bu fəaliyyəti davam etdirməyini istəyir. Mövzu nədirsə, onunla bağlı planlar qururlar. Araşdırma edirlər, hətta yeni modellər formalaşdırırlar. Bütün bu prosesdə müəllim uşaqlara açıq nümunələr təqdim edir, yönləndirici suallar verir və qanaqları təmin edir.
Düşünün, müəllim fərqli fikir və düşüncələri qiymətləndirir. Üstəlik uşaqlar dostlarıyla komanda birliyi göstərir və fikir mübadiləsi aparırlar. Ortaya çıxan enerjini düşünə bilirsiniz? Öz həll yollarını özləri tapan uşaqları xəyal edə bilirsiniz?
Bütün bunları öyrəndiyimə inan bilmirəm!
Müəllim üçüncü addıma keçdiyində uşaqlar bütün yaradıcılıqları ilə müəllimlərinin qarşısındadırlar. Bu addımda uşaqlar qavramaq anlayışlarını, proses bacarıqlarını ortaya qoyurlar. Müəllim də uşaqların açıqlamalarına kömək edir və dərinlik qazandırır.
Bütün öyrəndiklərimin real həyatda bir qarşılığı var.
Müəllim dördüncü addımda uşaqlarımızın öz araşdırmalarını tamamlama mövzusunda onlara ip ucları verərək dəstəkverici bir roldadır. Uşaqlar bundan əvvəlki addımlarda öyrəndiklərini gündəlik həyata tətbiq edirlər. Bu mərhələdə uşaqlar yenə yeni məlumatlar və problemlərlə qarşılaşırlar. Qarşılaşdıqları yeni problemlər qarşısında əvvəlki bilikləriylə və dərinləşdirdikləri yeni biliklərlə problemlərə həll yolu tapmağa çalışırlar. Bu mərhələdə uşaqlar mübarizə aparmağı öyrənirlər. Yeni fikirlər formalaşdıraraq fərqli təcrübə qazanırlar.
Dəyərliyəm, dəyərləndirə bilərəm.
Müəllimin son addımı. Uşaqların işlərinin dəyərləndirildiyi səhifə. Uşaqların əskik qaldığı nöqtələr müəllim tərəfindən bu mərhələdə göstərilir. Müəllim öyrəşilmiş sualların yerinə, açıq suallar soruşur. Eyni zamanda uşaqlara öz vəziyyətlərini dəyərləndirmə fürsəti də verir. Beləliklə uşaqlar, özlərinin formalaşdırdığı anlayışlar nöqtəsində motivasiya edilmiş, dəstəklənmiş olur.
Təkmilləşdirilmiş Təhsil Modelinin məqsədi nədir?
Bu təhsil modelinin məqsədi məlumatın əzbərlədilməsi deyil, məlumatın ağılda qalmasını təmin etməkdir. Uşaqlar bu modellə məlumatı mənalaşdırır, şərh verir, yeni problemlər qarşısında yeni fikirlər formalaşdıra bilirlər.
Qısacası “Təkmilləşdirilmiş Təhsil Modeli” ilə uşaqlarımızın parta arxasında sakit-sakit oturaraq dərs dinləmələri əvəzinə, öz cəhdlərilə yeni məlumatlara çatmasını təmin edilir.