Cənubi Koreyada və Finlandiyada təhsil, “düzgün” məktəbi tapmaqla bağlı deyil.
50 il öncə Cənubi Koreya və Finlandiya bərbad təhsil sisteminə sahib idilər. Finlandiya, iqtisadi olaraq Avropadan “ögey” övlad rəftarı görmək riski yaşayırdı. Cənubi Koreya isə daxili müharibələrdən məhv olmuş vəziyyətdə idi. Ancaq son yarım yüz ildə həm Cənubi Koreya, həm də Finlandiya məktəblərində böyük çevriliş müşahidə edildi və artıq hər iki dövlətin beynəlxalq nəticələri möhtəşəmdir. Bəs digər ölkələr bu iki uğurlu, amma bir-birinə zidd olan təhsil modelindən nə öyrənə bilər? Budur, Cənubi Koreya və Finlandiya təhsilinin düzgün istiqamətinə ümumi baxış:
Koreya modeli: Dözümlülük və çox, çox, çox çalışmaq.
Milli Təhsil və İqtisadiyyat Mərkəzinin icraçı direktoru Mark Tukerin dediyinə görə, uzun illərdir, Asiyanın bəzi bölgələrində, sosial-iqtisadi nərdivanın pillələrini müvəffəqiyyətlə dırmaşmaq və etibarlı bir iş tapmağın tək yolu bir imtahana girmək idi.
Bu imtahanlar əhatəli bilgilər tələb edirdi və çox yorucu idi. Bu gün konfutsi ölkələrinin çoxunda, hələ də imtahan mədəniyyətinin mövcud olduğu təhsil sisteminə hörmət edilir. Bu ölkələr arasında Cənubi Koreya müvəffəqiyyətli ölkə kimi digərlərindən fərqlənərək önə keçir. Koreyalılar diqqətəlayiq bir uğura imza atırlar. Ölkədəki təhsil səviyyəsi yüzdə yüzə çatır. Həmçinin Koreya beynəlxalq müqayisəli rəqabət testlərində ön sıralarda yer alır. Buna tənqidi düşünmə və analiz testləri də daxildir. Amma bu müvəffəqiyyətin bir də qarşılığı var: şagirdlər bacarmaq üçün böyük təzyiq altında yaşayır. İstedad nəzərə alınmır, çünki ölkə mədəniyyəti çox işləməyə və çalışqanlığa inanır. Müvəffəqiyyətsizlik üçün hər hansı bəhanə qəbul edilmir.Uşaqlar həm məktəblərdə, həm də fərdi formada təhsil alırlar. Ölkədə “Əgər çox çalışsanız, kifayət qədər ağıllı ola bilərsiniz” inancı hakimdir.
Beynəlxalq tələbələrin qiymətləndirmə proqramının (PISA) təhsil direktoru və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının(OECD) təhsil məsləhətçisi Andres Şlayxerin fikrincə, Koreyalılar yaxşı gələcəyə sahib olmaq üçün bu çətin mərhələnin öhdəsindən gəlməliyəm- deyə düşünürlər. “Bu bədbəxtliyin qısa, xoşbəxtliyin uzun dövrüdür”. Bu sadəcə ailələrin uşaqlarına təzyiq etməsi deyil. Koreya mədəniyyəti ənənəvi olaraq nizamın tərəfdarı olduğu üçün digər şagirdlərdən gələn təzyiq də fəaliyyət gözləntilərini yüksəldə bilər. Gürcüstan universitetinin məktəbəqədər təhsil üzrə professoru Co Tobinin dediyinə görə, Koreya cəmiyyətinin bu cür davranışı uşaqların erkən təhsil dövründə də özünü göstərir. Digər Asiya ölkələrində olduğu kimi Koreyada da siniflərin sayı çoxdur. Lakin Koreyada əsas hədəf müəllimlərin sinfə liderlik etməsi və eynisəviyyəli əlaqələrin inkişaf etdirilməsidir. “Dünyanın ən ağıllı uşaqları” kitabının yazarı Amanda Ripley deyir ki, “Uşaqlara təhsil verməyin daha yaxşı və daha pis yollarının olduğu məlumdur. Əgər orta bir Amerikan təhsili ilə orta Koreya təhsili arasında seçim etməli olsam, istəmədən də olsa Koreya modelini seçərdim. Həqiqət budur ki, müasir dünyada uşaqlar necə öyrənməli, necə çalışmalı və uğursuzluqdan sonra yola necə davam etməli olduğunu bilməlidirlər. Koreya modeli də elə bunu öyrədir”.
Finlandiya modeli: Tədris planından kənar seçim, daxili motivasiya.
Finlandiyada uşaqlar həm möhkəmliyin, həm də estetikliyin faydalarını öyrənirlər. Pedaqoqlara görə, Finlandiya modeli bir utopiyadır.
Finlandiyada məktəblər cəmiyyətin maraq mərkəzindədir. Məktəb sadəcə təhsil xidməti deyil, sosial xidmətlər də təqdim edir. Təhsilin məqsədi şəxsiyyət formalaşdırmaqdır. Finlandiya modeli daxili motivasiyaya və fərdi maraqların ardından getməyə dəyər verir. Finlandiya təhsil sistemində nisbətən daha qısa və məktəb tərəfindən maliyyələşdirilən, tədris planından kənar fəaliyyətlərlə zənginləşdirilən bir məktəb günü keçirilir. Finlilər, önəmli öyrənmə üsulunun sinifdən kənarda reallaşdığına inanır. Liseydəki şagirdlər verilən dərslərin üçdə birini seçirlər. Hansı imtahana girəcəklərinə belə özləri qərar verirlər. Stresin aşağı səviyyədə olduğu Fin mədəniyyətində müxtəlif öyrənmə təcrübələrinə dəyər verilir. Amma bütün bunlar o demək deyil ki, Finlandiyada təhsil sistemində akademik çətinliklər yoxdur. Finlandiyalı pedaqoq və yazar belə deyir: “Finlilər Finlandiyadan kənarda mövcud deyillər. Bu da insanların təhsilə ciddi yanaşmalarına səbəb olur. Məsələn, heç kim bizim danışdığımız gülməli dildən istifadə etmir. Finlandiya cüt dillidir və hər şagird həm fin, həm də isveç dilini öyrənir. Uğur qazanmaq istəyən hər finli mütləq başqa bir dil öyrənməlidir. Bu dil adətən ingilis dili olur. Bundan başqa alman, fransız, rus və başqa dilləri öyrənirlər. Ən balaca uşaq belə özlərindən başqa heç kimin Fin dilində danışmadığını bilir. Əgər həyatda fərqli şeylər etmək istəyirlərsə, dil öyrənməlidirlər”.
Finlilərlə Cənubi Koreyalılar arasında ortaq bir nöqtə var: “Müəllimlərə və akademik uğurlara verilən dəyərlər”. Finlandiyada təhsil proqramı müraciətlərinin sadəcə onda biri qəbul edilir. 1970-ci illərdə məktəblərin 80%-nin bağlanmasından sonra ən yaxşı universitet təhsil proqramları qaldı. Bu da ölkədəki müəllimlərin nüfuzunu yüksəltdi. Finlandiyada müəllimlər bir ildə 600 saat dərs verirlər. Qalan vaxtlarını isə ixtisasartırmaya, iş yoldaşları, tələbələr və ailələri ilə vaxt keçirməyə ayırırlar. Amerikada isə müəllimlər ildə 1100 saat dərs verirlər. Qalan fəaliyyətlər üçün isə az zaman qalır. Yazar Toni Vagner deyir : “Hamımız aldığımız təhsilin əsərləriyik. Uşaqlarımız üçün istədiyimiz məktəblərin öz təcrübələrimizi və ya istədiklərimizi əks etdirməsini ümid edirik. Bu fərqli təhsil üçün yaradıcı fikirlərimizi məhdudlaşdırır. Heç dəyişməyən bir təhsil sisteminin 21-ci əsr dünyasının ehtiyaclarına cavab verməyəcəyi dəqiqdir. Həqiqətən böyük dəyişimə ehtiyacımız var”.
Şlaxer isə deyir ki, “ dünyanın ən uğurlu təhsil mədəniyyətlərində şagirdlərin uğurlarına sistem cavabdeh olur”. Yəni sadəcə ailə, sadəcə şagird və ya sadəcə valideyn məsuliyyət daşımır. Təhsil sistemi ölkənin mədəniyyətini yaradır.