Tanış vəziyyətdir: evdə uşaq dəcəllik edir, bağçada və ya oyun meydançasında isə, söz belə deməyə qorxur. Həmişə utancaq olmaq heç də yaxşı xüsusiyyət deyil. Bu utancaqlığın səbəblərini və həll yollarını bu yazımızda aydınlaşdırmağa çalışacağıq.
Utancaq olmaq xarakterin əlaməti və ya uşağın uyğunlaşmağa olan reaksiyası ola bilər. Bunu, xüsusilə, məktəbəqədər yaşda olan uşağın, ondan yaşca böyük olanların komandasına qoşulduğunda aydın müşahidə etmək olar. Uyğunlaşmanın müddəti 1-2 il davam edə bilməz. Bu, çox uzun müddətdir. Əgər utancaqlıq temperamentin əlamətidirsə, o zaman onu dəyişdirə bilməzsiniz. Temperament dəyişməyən xarakterdir.
Belə halda valideynin vəzifəsi uşağı danlamamaq, uşağın ata və ansını bilə-bilə hirsləndirmək üçün bunu etdiyini düşünməmək, əksinə uşaq üçün rahat ola biləcəyi şərait yaratmağa çalışmaq lazımdır.
Bəzən valideynlər ümid edir ki, övladları hansısa teatr qrupuna qoşulsa, uşaqlar utancaqlıqdan qurtulacaqlar. Əgər siz bu cür addım atmağa qərar versəz, uşağın reaksiyalarını izləməyə çalışın. Əgər o, məşğələlərdə əziyyət çəkirsə və ya dərsə getməmək üçün ağlayırsa, ona müqavimət göstərməyin. Düşünün: bunu niyə görə edirsiniz? Övladınızın daha az utancaq olması və ya özünüzün rahatlığı üçün? Özünüzü müşahidə edin: övladınızı başqa uşaqlarla tez-tez müqayisə edirsiz? Bəlkə də elə bunun üçün uşaq elə hiss edir ki, sanki siz onu yox, başqasını daha çox sevir və hörmət edirsiniz.
Məktəbdə müəlliməyə mütləq xəbər edin ki, uşaq çıxış etməyi sevmir və onu sinif bayramında iştirak etməyə məcbur etməsin. Əgər uşaq teatrı sevirsə, lakin sinifdə özünü narahat hiss etmir və utanırsa, özünüzə bu sualı verin. Niyə? Onda belə bir reaksiyanı doğuran nədir? Bu halda daha ciddi qərar qəbul etməli olacaqsınız: başqa sinif axtarmalı və ya məktəbi dəyişməlisiniz.
Mənbə: mel.fm