Az xərclər, az məktəb saatları, yüksək akademik müvəffəqiyyəti ilə seçilən, müstəqilliyə əhəmiyyət verən, əylənərək öyrənməyi birləşdirən Fin təhsil sistemi təhsilin keyfiyyət göstəricisidir.
Bağcam.az sizə Fin təhsil sistemi ilə əlaqədar bir neçə maraqlı faktı təqdim edir:
- Finlandiyada məktəbə başlamaq yaşı 7-dir.
- Yaşları neçə olursa olsun, uşaqlar məktəbə ya özü gəzərək ya da velosipedlə gedir.
- Fin mədəniyyəti uşaqların müstəqil yetişməsinə əhəmiyyət verir. Valideynlər uşaqlarını məktəbə gətirib, aparmır və tapşırıqlarına kömək etmir.
- Finli şagirdlərə təhsil həyatlarının ilk altı ilində heç bir bal verilmir. Səkkizinci sinfin sonuna qədər not vermə zəruriliyi yoxdur və şagirdlər standartlaşdırılmış imtahan sisteminə tabe deyillər. Yalnız 16 yaşında olarkən ölkə daxilində imtahana girirlər.
- Şagirdlərin tənəffüs olaraq keçirdikləri zaman ümumi olaraq 75 dəqiqədir. Amerikada bu nisbət 27 dəqiqəyə qədər düşür.
- Bütün müəllimlərin ən az master dərəcəsi var. Müəllimlik cəmiyyət gözündə statusu ən yüksək olan peşələrdən biridir.
- Finlandiya müəllimləri müvəffəqiyyətli-müvəffəqiyyətsiz olaraq mühakimə edilmir. Əskikləri olan müəllimlərin, özlərini inkişaf etdirmələri üçün imkanlar yaradılır. Heç bir müəllimin bacarıqlarına görə işdən atılma qorxusu yoxdur.
- Şagirdlərə tapşırıq verilmir, çünki müəllimin yeri məktəbdir.
- Fin məktəblərində idmana xüsusi yer ayrılıb, amma idman yarışları edəcək komandalar yoxdur. Rəqabət, üstünlük qazanmaq Fin mədəniyyətində dəyər verilən bir şey deyil.
- Finlandiyada özəl məktəb yoxdur və təhsil xərclərinin hamısı dövlət tərəfindən qarşılanır.
Mənbə: egitimpedia.com