Məktəbəqədər yaş dövründə övladınız əsas həyat bacarıqlarını və müstəqil olmağı öyrənir. Bu yaşda övladınız paltarını düymələməkdən və velosiped idarə etməkdən tutmuş xəyali dostlarla oyunlara qədər geniş spektrumlu yeniliklər öyrənirlər.
Məktəbəqədər yaş dövrü eyni zamanda ən çox dəcəlliklərlə yadda qalan illərdir. Bu kiçik ailə üzvlərinizin sizdən sərbəst hərəkət etmək və qərar vermək meylləri ilə bağlıdır. Onlar öz istəkləri və arzularından və bunların qarşılanıb qarşılanmamasından agahdırlar. Bu səbəbdən də sizin “olmaz” və “etmə”ləriniz adətən narazıçılıq, qışqırıq və hətta göz yaşları ilə cavablandırılır.
Belə neqativ halların qarşısını almaq üçün ilk növbədə övladınıza kifayət qədər diqqət yetirməlisiniz. Yadınızda saxlayın ki, istənilən xoşagəlməz davranışın baş qaldırmaması üçün övladınızın təliminə sərf etdiyiniz vaxt və zəhmət, bu davranışı yaranandan sonra onu islah etməklə keçiriləndən daha azdır. Odur ki, övladınızın təlimi ilə məşğul olmaq üçün gününüzdən sırf ona həsr edəcəyiniz vaxtı ayırın. Bu vaxt ərzində ona özünə qulluq, gündəlik məşğuliyyətləri, davranış qaydaları haqqında bilik və bacarıqlar aşılamağa çalışın. Balaca dəcələ yaşına uyğun tapşırıqlar verin. Bu oyuncaqlarını toplamaq, yaxud ev heyvanına yemək vermək tapşırığı ola bilər; əsas odur ki, bu fəaliyyət zamanı övladınız özünü qərar evrmək iqtidarında və müstəqil hiss edə bilsin. Sizin ona ayırdığınız bu xüsusi diqqətə görə onun öz davranışı ilə sizə minnətdar olacağından əmin olun.
Qeyd : Bu məlumat Məktəbəqədər (4 – 6) yaş üçün nəzərdə tutulub.