Balaca “Dəniz”çilər Yeni İlə hazırlaşır

Yeni il hər kəsin sevinc hissi ilə gözlədiyi bayramlardan biridir.  Bu bayram balacaların ürəyində çoxlu hədiyyələri, bəzədilən küknarları və rəngarəngliyi ilə xüsusi yer tutur.

“Education Management Network”ə daxil olan   “Dəniz” uşaq bağçasının müəllimləri də bunu nəzərə alaraq  uşaqlarla birlikdə yeni il küknarını bəzəyiblər. Uşaqlar öz müəllimlərinə kömək edərək ağaca oyuncaqlar asıb, daha sonra isə onun ətrafında mahnılar ifa ediblər.

Qeyd edək ki,  “Education Management Network”ə daxil olan bütün bağçalarda yeni il bayramına hazırlıqlar aparılır.