Onun dünyagörüşünü siz formalaşdırın!

Parent-and-child-photoƏziz valideynlər, yəqin ki, övladınızı düzgün tərbiyələndirmək və ideal valideyn olmaq üçün əlinizdən gələni edirsiniz. Bəs sizcə, övladınızın həmişə xoş xatirələrlə yada salacağı uşaqlıq dövrü keçirməsi üçün valideyn olaraq sizdən nə tələb olunur?

Bu dəfəki məqaləmizdə sizə mütəxəssis Penny Tasoninin övlad və valideyn münasibətinə dair əsas məsləhətlərini təqdim edirik.

Birlikdə yemək bişirin

Övladınızla birlikdə yemək hazırlayın. Bu yolla onunla həm daha çox və əyləncəli vaxt keçirmiş olacaq, həm də hansı qidaların onun inkişafı üçün faydalı olduğunu geniş izah edə biləcəksiniz.

Eyni zamanda ona mətbəxdə yaradıcılığını göstərməsi üçün də imkan yaradın. İcazə verin ki, çox sevdiyi bir yeməyi özü özü üçün hazırlasın. Bu zaman həm o yemək yeməkdə daha həvəsli olacaq, həm də bu sahədə öz qabiliyyətini inkişaf etdirmiş olacaq.

Birlikdə mahnı oxuyun

Birlikdə mahnı oxumaq və rəqs etmək övladınızla aranızdakı əlaqəni daha da möhkəmləndirəcək. Birlikdə mahnı oxuduğunuz zaman ona mahnının sözlərini daha anlaşıqlı dildə izah edin. Beləcə o hansısa mahnının sözlərini kor-koranə əzbərləmək vərdişindən əl çəkəcək. Eşitdiyi hər sözün əsil mənasının nə olduğunu araşdırmağa çalışacaq.

Birlikdə toxum səpin, ağac əkin!

Şəhər yaşayışı uşaqların zehnini sərhədləyir. Övladınıza öz əli ilə nələrsə yarada, qura biləcəyini öyrətməyiniz vacibdir. Buna görə də onunla birlikdə torpağa nə isə əkin və övladınızın özünün ona qulluq edib, böyüməsini, bəhrəsini görməyinə imkan yaradın. Əmin olun ki, o birlikdə əkdiyiniz bu ağacın, toxumun və onun bəhrəsinin dadını heç vaxt yadından çıxartmayacaq. Beləcə həm də onda ətraf aləmə, təbiətə sevgi aşılamış olacaqsınız.

Birlikdə hər gecə kitab oxuyun!

Ona10 yaşına qədər gecələr müxtəlif kitablar oxuyun. Birlikdə kitab alış-verişinə çıxın. Bununla günbəgün övladınızın xəyal dünyasının sərhədləri genişlənəcək. O tez zamanda özü də oxumağı öyrənməyə çalışacaq. 8-9 yaşından sonra isə övladınıza əvvəl oxuduğunuz hekayələri yenidən oxuyun və sujet xəttini onunla birlikdə müzakirə etməyə çalışın.

Başqasını xoşbəxt etməyin yollarını öyrədin

Balaca olmasına baxmayaraq övladınıza xoşbəxtliyin nə olduğunu, ətrafdakı insanları necə xoşbəxt edə biləcəyini öyrədin. İlk olaraq onun haqqında hər bir xoş xəbərin, uğurunun siz valideynləri necə xoşbəxt etdiyini bildirin. Atasının işdən gəlməyinə az qalıbsa, onunla birlikdə ata üçün onu sevindirəcək kiçik sürprizlər hazırlayın. Bununla ona sevdiyi insanları xoşbəxt etməyin əslində necə asan olduğunu sübut etmiş olacaqsınız.

Ona oyunlar öyrədin!

Çox zaman uşaqların sakit oturub, səs-küy salmaması üçün valideynlər onların müxtəlif internet oyunları oynamasına şərait yaradır. Amma bu həm fiziki, həm də zehni baxımdan uşağınızın inkişafına mənfi təsir göstərən amildir. Bundansa daha yaxşı olar ki, ona “ gizlən qaç, yeddi şüşə və s”  kimi oyunlar öyrədin. Bu onun daha çox hərəkət eməsinə və düşünməsinə şərait yaradacaq.

Birlikdə səyahət planə qurun

Övladınıza dünyanın nə qədər böyük yer olduğunu izah etmək üçün ona xəritəni öyrədin. Bunun üçün xəritəni qarşısına qoyub görünüşünə görə hansı ölkəni daha çox sevdiyini soruşun və həmin ölkə haqqında ona geniş məlumat verin. İstədiyi halda bir gün ora mütləq səyahət edə biləciyiniz qeyd edin və ona səyahət üçün hansı əşyalar və qədər pul lazım ola biləcəyini izah edin. Daha sonra lazım ola biləcək əşyaların sizyahısını və özünə lazım olacaq pulun bir hissəsini özünün yığmasına imkan verin. Beləcə övladınız yalnız bu gün üçün deyil, gələcək üçün yaşamağın nə demək olduğunu başa düşəcək və eyni zamanda səyahət edə biləcəyiniz daha maraqlı ölkələr axtarmağa başlayacaq.

Birlikdə bir otağı dekorasiya edin!

Hər bir uşağın içində müxtəlif gizli bacarıqlar var. Onun bu bacarıqlarını, təxəyyülünü göstərməsi üçün ən azından bir otağı birlikdə dekorasiya edin. Bu zaman övladınızın düşüncələrini, onun gizli istedadını özünüz və onun üçün üzə çıxarmış olacaqsınz.

“Bağçaya gedən uşaqlar humanist olur”

Bağça valideynlərin və uşaqların həyatında mühüm rol oynayır.

GSR.fm də “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizin qeydinə qalaq” şüarı altında bağçanın valideynlər və uşaqların həyatına təsiri ilə bağlı rubrikasını davam etdirir. Rubrikanın növbəti qonağı  uşaq bağçasıda təhsil alan Fuadın valideyni Esmira Quliyevadır.

Uşaq neçə yaşda oxuma-yazma öyrənməlidir?

o-CHILD-READING-facebookBu gün İngiltərədə uşaqlar üçün məktəbə başlama, oxuma yazmağı öyrənmə vaxtı kimi dörd yaş müəyyən olunub. Buna etiraz olaraq isə bir çox media orqanlarında, məktəb yaşının dəyişdirilməsi məqsədilə kampaniya təşkil edilib. Bu kampaniyanı təşkil edən şəxslər düşünürlər ki, İngiltərədə də bir çox Avropa ölkələrində olduğu kimi orta məktəb təhsili yeddi yaşından başlanmalıdır.

Onlar bu fikiri əsaslandırmaq üçün uşaqlar üzərində aparılan bir çox antropoloji, psixoloji, pedoqoji araşdırmaları nümunə göstəriblər. İngiltərədə təxminən 3000 uşaq üzərində aparılan bu araşdırmalar onu deməyə əsas verir ki, məktəbəqədər təhsil alan uşaqlar bu təhsili heç almayan uşaqlara nisbətən keçirilən dərsləri daha asan qavrayırlar.

Yeni Zelandiyada aparılan bir neçə araşdırma nəticələri isə onu sübut edir ki, oxuma-yazma vərdişlərinə erkən başlamaq uşaqların bu sahədəki bacarıqlarını sürətlə inkişaf etdirmir, əksinə bəzi hallarda bu bacarıqlarını zədələyir. Bu nəticəyə gəlmək üçün əsasən 5-7 yaş arası uşaqlar müşahidə edilib.

Müşahidələr onu deməyə əsas verir ki, uşaqlar üçün oxuma yazmanı öyrənmək üçün ideal dövr təxminən yeddi yaşdır. Beş yaş və ya bundan öncə oxuma vərdişlərinə yiyələnən uşaqlar digərləri ilə müqayisədə oxuduqları mətni anlamaqda çətinlik çəkirlər.

Uşaqlar ekologiyanı öyrənir

May ayında “İndigo” Nərimanov uşaq bağçasında “Hərəyə bir ağac əkək” devizi altında ekologiya ayı təşkil olunub. Bu ay çərçivəsində uşaqlara ətraf mühitin mühafizəsi, təbiəti qorumağa həsr olunan bir sıra tədbirlər həyata keçirilir.

15 may tarixində “İndigo” Nərimanov bağçasının uşaqları “Asan Xidmət”-ə ekskursiyaya yollnıb. Bu ekskursiyada uşaqlar istifadəyə yararsız kağızları Asan xidmət əməkdaşlarına təqdim edib, qarşılığında isə, uşaqlara dibçəklər verilib.

Sosial və emosional inkişafın əhəmiyyəti…

nahidYaxın bir dostum sonuncu dəfə atasından soruşur ki öz nəvələrin üçün nə arzu edirsən? – Çoxumuz fikirləşərdik ki nə arzu edə bilər baba nəvələrinə: – sağlamlıq, yaxşı təhsil, uğurlu karyera hətta var dövlət və s. Amma atası oğluna:- Mən öz nəvələrimə bu enişli-yoxuşlu həyatda yıxıldıqları zaman yenidən ayağa durmağı arzu edirəm. Həyatda çətinliklərə təslim olmasınlar, əsl xarakter nümayiş etdirə bilsinlər, mən və sən bu həyatda olmayanda onlar ayaq üstə durmağı bacarsınlar deyərək gözlərini əbədi yumur. Məgər biz də bu keyfiyyətləri öz uşaqlarımız üçün arzu edə bilmərik? Əlbəttə istərdik ki, övladlarımız, çətinliklərə qarşı dözümlü və elastik olsunlar, əsl xarakter nümayiş etdirsinlər və yaşa dolduqca bu kimi xüsusiyyətlər onlarda möhkəmlənsin.

Yuxarıda sadalanan keyfiyyətlər sosial və emosional bacarıqların inkişafında mühüm yer tutur. Amma, bu gün təhsil müəssisələrimizdə bağçalardan tutmuş məktəb və universitetlərdə sosial və emosional bacarıqların inkişafı metodu demək olar ki tətbiq edilmir. Bu bacarıqların çatışmazlığından bu gün uşaqlarımız əziyyət çəkirlər. Adəti üzrə tətbiq edilən formal təlim tərbiyə metodları, oxumaq, yazmaq, hesablamaq, saymaq, müxtəlif dillərdə danışmaq və s. dərs yükünün ağırlığı bir müddət sonra fəsadlara yol aça bilir. Yüklənən beyin uşaqların davranış və münasibətlərində aqressivliyi artırır, sakit mühit axtararaq başqaları ilə ünsiyyətdən çəkindirir, özünə qapanma yaradır və s risklərə səbəb ola bilir.

Gəlin görək söhbət açdığımız sosial emosional bacarıqlar və onların inkişafı nə cür bir prosesdir? Bu prosesin inkişafı bütün yaş qrupundakı insanlar üçün önəmlidir. Xüsusən sosial və emosional bacarıqların inkişafı bağçadan tətbiq olunmağa başlamalı və məktəb illərində də davam etdirilməlidir. (Universitet illərində, iş həyatında və s tətbiq edilə bilən vacib bir amildir) Bu proses zamanı övldalarımız lazım olan bilik və bacarıqları yiyələnərək düşdüyü situasiyaları dərk edir və dərhal ona uyğun emosiyalarını idarə etməyi bacarır, qarşılarına məqsəd qoyur və müsbət nəticələr əldə edə bilir. Eyni zamanda, digər yoldaşlarına qarşı tolerant (dözümlü) olur, simpatiya hiss edir, pozitiv düşünərək müsbət enerji saçır ətrafına və bununla yeni əlaqələr quraraq öz çevrəsini müəyyənləşdirir, məsuliyyətli və lazımı qərarlar qəbul etməyi bacarırlar.

Sual oluna bilər ki niyə sosial və emosional bacarıqların inkişafı uşaq və gənclərimizin təhsil, kariyera və şəxsi həyatlarında müvəffəqiyyət qazanmaları üçün əhəmiyyətlidir? Bizim emosiyalarımız, davranış tərzimiz, qurduğumuz münasibətlər birbaşa olaraq nəyi necə öyrənməyimizə ailədə, məktəbdə, işdə cəmiyyətdə necə özümüzü aparmağımıza təsir edən amillərdir. Emosiyalar bizi nəyisə öyrənməyə, tətbiq etməyə, özümüzü nədəsə sınamağa həvəsləndirir, aktiv həyat tərzi sürməyə sövq edir və eyni zamanda bu tempi qoruyub saxlayır. Digər tərəfdən, idarə edilməyən əsəb və gərginliklər fəsadlar törədərək diqqətimizi və yaddaşımızı asanlıqla zədələyə bilirki bu da bir başa fəaliyyətimizə təsir edir. Misal üçün bağça yaşlı uşaqlarımız konsentrasiyanı itirirlər, diqqətləri yayınır digər yoldaşlarına qarşı davranışları dəyişir hətta elə anlar olur ki, valideynlər, tərbiyəçilər belə bu vəziyyətdə onları ram edə bilmir.

Mahiyyət etibarilə elm öyrənmə özü sosial, interaktiv bir prosesdir ki, daima müəllimlə əməkdaşlıq etməli, öz həmyaşıdlarınla yoldaşlıq etməli, yaxşı ünsiyyətdə olmalı və ailənin dəstəyini almalısan. Bu səbəbdən müsbət emosiyalara yiyələnmək və onları idarə edə bilmək, pozitiv əlaqələrin qurulması və qorunub saxlanması birbaşa olaraq həm öyrənmə prosesinə, həm də əldə etdiyin biliklərin yaratdığı imkanlardan faydalanmağa böyük təsir göstərir. Çunki, yaranan sağlam və təhlükəsiz öyrənmə mühiti sosial emosional bacarıqların inkişafı üçün vacib elementlərdir ki, bunlarda uşaqlarımızın təhsildə və həyatda uğur qazanmaları üçün vacibdir. Bir daha vurğulamaq lazımdır ki, sosial və emosional inkişaf bacarıqları uşaqlarımızda ona görə inkişaf etdirilməlidir ki, qarşıda onları gözləyən riskli dövrlərdə hansındaki emosiyalarında və davranışlarında problemlərlə üzləşə bilərlər o zaman özünə inamı, elastikliyi və davamiyyəti artıra bilsinlər.

Nahid Quliyev

www.bagcam.az Təhsil Portalının Meneceri \ Qeyri – Formal Təhsil üzrə Mütəxəssis

Uşaqlar üçün “Yay Məktəbi” təşkil olunur

“Məktəbli Klubu” uşaqlar üçün “Yay məktəbi” təşkil edir.

“Yay məktəbi” 5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan kurslar gündə bir saat olmaqla, həftədə üç dəfə təşkil edilir. Layihə çərçivəsində uşaqlara məktəbə hazırlıq, xarici dil, rəqs, pantomima, əl işi, zəka oyunları öyrədiləcək.

Qeydiyyatdan keçək üçün 055 – 762 – 88 – 30 nömrəsi ilə əlaqə saxlayın.

 Yay Mektebi Poster

“Zəkanı məşq etdirməsək, onu itirə bilərik”

“Zəka elə bir anlayışdır ki, onu daim məşq etdirmək lazımdır. Məşq etdirmədiyimiz zaman biz onu itirə bilərik” bu sözləri uşaq psixiatrı Vəfa Şirinova müsahibəsində bildirib. Üstün zəkalı uşaqlardan danışan Vəfa xanımın sözlərinə görə, uşağın zəkası onun xronoloji yaşının ağıl yaşına olan nisbəti ilə ölçülür.

Zəkada kəmiyyət və keyfiyyət anlayışları var. Biz zəkanın kəmiyyətini ölçməliyik. Hazırda məktəbəqədər yaşdan söhbət gedir. Zəkanın keyfiyyətinə gəldiksə isə uşağın xronoloji yaşının ağıl yaşına olan nisbətidir. Eyni yaşda olan uşaqların xronoloji yaşı eyni olsa da, onların ağıl yaşları arasında fərqlər olur. Xronoloji yaşla ağıl yaşı arasında olan nisbət normadan az olduqda bu ağıl geriliyi hesab edilir. Bu üstün olduqda isə üstük zəkalı kimi qələmə verilə bilər. Məsələn, İQ səviyyəsi 130-dan yuxarı olarsan bu üstün zəkalı uşaq hesab olunur.

Vəfa xanımın sözlərinə görə, uşağın müəyyən sahədə olan qabiliyyəti onun zəkasından xəbər verir. Əsas məsələ o qabiliyyəti vaxtında aşkar edə bilməkdir. Çünki uşağın həmin sahədə üstün zəkalı olmasını istəyiriksə, onun qabiliyyətini inkişaf etdirməliyik.

10 yaşında bir uşağın musiqi qabiliyyəti çox yüksəkdir, bacarıqları var. Amma onu heç vaxt müəllim yanına qoymayıblar, musiqi məktəbinə getməyib və heç musiqi aləti belə yoxdur. Eyni zamanda başqa bir 10 yaşlı uşağın musiqi qabiliyyəti yoxdur, ancaq onu 5 yaşından musiqi məktəbinə qoyublar. O daim evdə musiqi sədaları eşidib. Onlar sabah imtahan verib Asəf Zeynallı adına musiqi kollecinə daxil olsalar, əlbəttə ki, anadan gəlmə qabiliyyəti olan uşaq həmin itirdikləri bilikləri tez bir zamanda qavrayır. Digəri isə loru dilində desək, yerində addımlayacaq. Çünki o öz qabiliyyəti ilə gəlib onu keçdi. İntelekt, qabiliyyət, əqli bax budur.

“Education Management Network” şirkətinin təşəbbüsü ilə “İndigo” Nərimanov, “Baby star”  uşaq bağçalarında “Üstün Zəkalılar” Klublarının yaradılması layihəsinə artıq başlanılıb. Psixiatr məktəbəqədər yaş dövründə olan üstün zəkalı uşaqların müəyyən olunub onların zəkasını mütəmadi olaraq məşq etdirmək məqsədilə yaradılan bu klub haqqında danışdı.

Həmin klubda nəzərdə tutulub ki, oyunlar oynanılacaq. Çünki məktəbəqədər yaş dövründə olan uşaqlar dünyanı oyunla dərk edirlər. Məncə uşaqlar üçün hər bir yenilik yenidir və hər bir yenilik maraqlıdır. Düşünürəm ki, onlara çox maraqlı gələcək. Xüsusən də onlar daim orada oyun oynuyacaqlar. Yəni biz böyüklər belə qarşımıza qoyulan hər hansı yeni oyuncağa, oyuna maraq göstəririk. Onu çözməyə çalışırıq. Sonda kim qalib gələcək bizim üçün maraqlıdır. Təsəvvür edirsiniz, uşaqlar üçün bu nə dərəcədə maraqlı olacaq.

Vəfa xanım uşaqların kluba daxil olma prosesindən danışarkən qiymətləndirmənin testləri vasitəsilə 2 yaşından sonra ölçüldüyünü vurğuladı.

Əqli inkişafdan, intelektdən danışarkən biz daha çox uşaqlın intelekt səviyyəsini daha çox 2 yaşdan sonra ölçə bilirik. Çünki 2 yaşına qədər olan uşaqlar dünyanı tam dərk etmir, hələ dilləri tam açılmır. Yəni onların bir sıra dayanma nöqtələri var. Daha doğru olar ki, bu 4-5 yaşdan sonra olsun. Ona görə də klubun iştirakçıları böyük ehtimal ki, 3 yaş yarım 5 yaş arası uşaqlar olacaqdır.

Bağçada “Sağlamlıq ayı” keçirilib

Aprel ayı  uşaq bağçasında “Sağlamlıq ayı” elan edilib.

Bu barədə müsahibəsində uşaq bağçasının direktoru Samirə Muxtarova bildirib. Onun sözlərinə görə, “Sağlamlıq ayı”nın keçirilməsində əsas məqsəd uşaqlara həkimlik sənətini sevdirmək və onları müayindən keçirmək olub.

“Aprelin 7-si  Ümumdünya səhiyyə və sağlamlıq günü olduğu üçün uşaq bağçasında aprel ayını sağlamlıq ayı elan etdik. Elə aprelin 7-də uşaqları “Grand” Hospitala apardıq. Uşaqlar ağ xalat geyib, həkimlərlə, onların işi ilə tanış oldular. Bizim bağçanın həkimi Yeganə Zeynalova və tibb bacısı Pəri Rzayeva qruplarda sağlamlıq nədir, gigiyena nədir, yeməkdən öncə əlləri sabunla necə yumaq lazımdır, sağlam qidalanma mövzuları ilə bağlı geniş məlumat verdilər. Saqqız çeynəməyin, çox şokolad yeməyin ziyanlarını başa salıb, meyvələrin faydasından danışdılar. Biz bağçaya “Real Dent” klinikasını dəvət etdik. Uşaqlara diş sağlamlığı haqqında məlumat verildikdən sonra, hamısının dişləri müayinə olundu. Buna aid maarifləndirici cizgi filmi göstərdilər. Oğlan uşaqları üçün uroloq dəvət etdik. Oğlanlarda çox yayılmış kriptorxizm olur. Bunu uşaq vaxtında aşkar etmək vacibdir. Daha sonra Lor gəldi. Kimin boğazında, burnunda ət varsa, kimə müalicə lazımdır hamısını təyin etdi.  “Grand” hospitaldan Murad hoca öz yeni aparatları ilə gəlib müayinə apardı”.

Samirə xanım deyir ki, valideynlər də “Sağlamlıq ayı”nda böyük fəallıq göstərdilər. Çünki bu ay uşaqların müayinəsi ilə yanaşı valideynlərin maariflənməsi üçün də nəzərdə tutulub.

“Həkimlər uşaqları yoxlamağa gələndə valideynlər onları maraqlandıran sualları həkimlərə ünvanlayırdılar. Bəzi ailələr uşaqları qorxudur  ki, “sakit dur yoxsa həkim gəlib sənə iynə vuracaq”. Biz keçirdiyimiz seminarlarda valideynlərə izahat verdik ki, uşaqları həkimlərlə qorxutmaq lazım deyil. Yəni bir ay ərzində həm valideynləri maarifləndirdik, həm də uşaqları müayinə etdik”.

“Sağlamlıq ayı”ında uşaqların yaxşıya doğru  dəyişdiyini deyən Samirə xanım belə layihələrin davam edəcəyini bildirdi.

“Sağlamlıq ayının nəticəsi o oldu ki, uşaqlar özləri sərbəst şəkildə həm bağçada, həm də evdə gigiyena qaydalarına əməl etməyi öyrəndilər. 4-5 yaşlı uşaqlar sağlamlığın nə olduğunu bilirlər. Öz sağlamlıqlarını qorumağa çalışırlar. Bundan sonra həkimdən daha az qorxacaqlar”.

01

Uşaqlar “Grand” Hospitalda ekskursiyada

02

Həkim terapevt – revmotoloq Sevinc Səmədzadənin bələdçiliyi ilə uşaqlar həkim peşəsi ilə yaxından tanış olurlar

03

Həkim – kardioloq uşaqları müayinə edir

04

Həkim müayinə prosesini uşaqlara göstərir

04-1

Uşaqlar hospitaldakı Qaraciyər Xəstəlikləri Mərkəzində

04-2

Həkim – hepotoloq uşaqlara qaraciyərin yerini göstərir və xəstəlik haqqında məlumatlar verir

04-3

Həkim Respublika üzrə müayinə olunan xəstələrin statistikasını xəritə üzərində göstərir

05

Uşaqlar diaqnostika şöbəsində

05-1

Uşaqlar rentgen otağında

05-2

Rentgen prosesi ilə praktiki tanış olurlar

06

Həkim uşaqlara rentgen kağızını göstərir

07

“Sağlamlıq ayı” çərçivəsində, bağçada “Grand” Hospitaldan Otolorinqoloq Op. Dr.Murat Belgin uşaqlarda “Lor”u (qulaq, burun, boğaz) yoxlayır

08

Həkim aparat vasitəsilə uşaqların burun boşluğunu müayinə edir

11

Həkim uşaqların qulaqlarını yoxlayır

12

Bağça uşaqları müayinə üçün növbələrini gözləyir

13

Murat həkim müayinə olunmaq istəməyən uşağı razı salır

14

Müayinə olunan hər bir uşağın adı və xəstəlikləri qeyd edilərək valideynlərə çatdırılır

14-1

Həmçinin həkim – uroloqlar da uşaqları müayinə etmək üçün gəldilər

14-2

Həkim oğlan uşaqlarını müayinə edir

15

“Sağlamlıq ayı” çərçivəsində, “Real Dent” stomatoloji klinikasından uşaq stomatoloqu Rəhimova Çinarə uşaqları müayinə edib, valideynlərə məsləhətlərini verir

16

Stomatoloq uşaqlara və valideynlərə dişlər haqqında məlumat verir

17

Həkim uşaqların dişlərinə baxır

18

Müayinə olunan uşaqların adları və müayinə nəticələri qeyd edilir

19

Valideynlər öz şikayətlərini stomatoloqa bildirirlər

20

Həkim – stomatoloq valideynlər və uşaqlara düzgün diş fırçalamaq qaydasını göstərir

21

Çinarə xanım uşaqlarda olan diş problemlərini vaildeynlərinə bildirir

22

Uşaqlar müayinə olunmaqdan qorxmurlar

Jazz dinləyən bağça uşaqları

Aprel ayının 30-da “Sehrli Dayə” uşaq bağçasında “Beynəlxalq Caz Günü” nə həsr olunmuş Caz bayramı keçirilib. Tədbirin əsas məqsədi uşaqların musiqi janrı və incəsənətin bir sıra növləri ilə tanış olması, onlarda bu sahəyə maraq oyatmaqdır. Bağçanın musiqi müəlliməsi Suriyyə xanım müsahibəsində tez-tez belə musiqili tədbirlərin keçirildiyini qeyd etdi. Onun sözlərinə görə, bu cür tədbirlər uşaqların yaradıcılıq sahəsində inkişafına müsbət təsir göstərir.

Suriyyə Feyzullayevna:

Caz bayramında uşaqlar həm rəqslərin, həm də vokal ifaların stili və Ləman Qasımovanın saksafonda parlaq ifası ilə də tanış oldular. Bundan sonra əminəm ki, musiqi duyumunda uşaqlar daha yüksək səviyyəyə qalxacaqlar və bu hədər getməyəcək.

Bayramda uşaqlarla yanaşı valideynlər də iştirak edirdi. Valideynlərdən Aylinin anası Könül xanım tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşdü:

Könül xanım:

Tək bugünkü tədbir yox, bağçada keçirilən bütün tədbirlərdən çox razıyıq. Uşaqların inkişafına, gələcəkləri üçün bağçanın çox maraqlı və təsirli layihələri olur. Uşaqların özləri də belə tədbirlərdən çox zövq alırlar .

Bayram tədbiri  uşaqların  pianoda ifası, rəqsləri  ilə yadda qaldı. Həmçinin tədbirə dəvət olunmuş Ləman Qasımovanın  saksafonda ifası bayramı daha da maraqlı etdi. Balaca ifaçı tədbir haqqında bunları söylədi.

Ləman Qasımova :

Saksafon, əsasən, caz alətidir və caz mənim çox xoşuma gəlir. Festival da, uşaqların rəqsi də çox xoşuma gəldi.

Bağçalarda “Üstün Zəkalılar” Klubları yaradılır

Bağçalarda “Üstün Zəkalılar” Klubları yaradılır“İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarında “Üstün Zəkalılar” Klublarının yaradılması layihəsinə başlanılıb.

Bu  barədə məlumat verən “Baby Star” və “İndigo” Nərimanov Uşaq Bağçalarının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev deyir ki, Education Management Network Şirkəti məktəbəqədər yaş dövründə uşaqların fiziki, sosial və emosional inkişafı ilə yanaşı intellektual – zəka inkişafını da dəstəkləyir və bu istiqamətdə fəaliyyətini genişləndirir:

“Layihənin məqsədi “İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarında təlim- tərbiyə olunan üstün zəkalı uşaqların müəyyən olunması, onlara istiqamətlənmiş tədris proqramının hazırlanması və xüsusi məşğələlər vasitəsilə proqramın həyata keçirilməsi, valideynlərə üstün zəkalı uşaqlarla davranış və onların ehtiyaclarını doğru müəyyən etmək istiqamətində dəstək olunmasıdır.

Üstün zəkalı uşaqların seçimi bağçada təlim-tərbiyə prosesində iştirak edən üç yaşından yuxarı uşaqlar arasından xüsusi qiymətləndirmə və texnikalar – alətlər vasitəsilə aparılır. Seçim prosesi şirkətin psixoloq, pedaqoq və zəka oyunları təlimçisindən ibarət komandası tərəfindən təşkil edilir”.

Rasif Dünyamalıyev həmçinin bildirir ki, qiymətləndirmə zamanı xüsusi zəka inkişaf etdirən materiallardan istifadə edilir:

“Uşaqların qiymətləndirilməsi zamanı onların zəka səviyyəsinin ölçülməsi üçün uşaqların strateji düşünmə, məntiqi yanaşma, plan qurmaq, problem həlli, yaddaş, diqqət və konsentrasiya, müqayisə bacarığı, həndəsi, vizual və fəza qavraması, koordinasiya bacarığı kimi anlayışlar nəzərə alınır”.

Klubun fəaliyyətlərinə qiymətləndirmə aparıldıqdan və klubun üzvləri seçildikdən sonra həftədə iki dəfə xüsusi proqram əsasında zəka və ağıl oyunları məşğələlərinin keçirilməsi, həmin üstün zəkalı uşaqlarla davranış və onların ehtiyaclarını doğru qiymətləndirmək məqsədilə valideynlər üçün seminarların keçirilməsi və valideynlər üçün məsləhətçilik xidmətinin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, kluba rəhbərlik psixiatr Vəfa Şirinova tərəfindən həyata keçirilir. Klubun digər mütəxəssisləri də bu sahə üzrə xüsusi təlim görmüş və təlim modulu Türkiyə Republikasında üstün zəkalı uşaqlarla işləyən TÜZDER Təşkilatı tərəfindən təqdim edilib.