Dayə və tərbiyəçilər üçün təkmilləşdirmə kursu keçirilir

Education Management Network və Edu.Co Şirkəti Dayə Hazırlıq Kursu və Tərbiyəçi Təkmilləşdirmə Proqramı həyata keçirir.

10295493_1699697436933541_1535079032460100958_o

Dayə Hazırlıq Kursu həftənin 5 Günü, 30 saat olmaqla keçiriləcək. Kursa 3 təlim, 4 master klass, 7 seminar və kursun yekununda keçiriləcək imtahandan ən yüksək nəticə göstərən 3 nəfərlə 1 illik İş Müqaviləsi imzalanması daxildir. Kurs çərçivəsində ilkin tibbi yardım, uşaq xəstəlikləri: nə və necə, sağlam qidalanma: nə və niyə, uşaq inkişaf nəzəriyyələri, uşaq inkişafı mərhələləri  sahələri və onun xüsusiyyətləri, oyun, oyun növləri və təşkili qaydaları, gün rejiminin təşkili, uşaqlarda davranış problemləri və həlli yolları, fövqalədə hallar zamanı davranış, natiqlik və özünü təqdim etmə bacarıqları, ünsiyyət və konflikt management, stress management, time management, müasir xidmət anlayışı kimi mövzular əhatə olunacaqdır.

Kursda iştirak ödənişlidir. İştirak haqqı 1 nəfər üçün 100 AZN nəzərdə tutulub. Korporativ iştirak üçün (minimum 3 nəfər) iştirakçı haqqına 20 % endirim nəzərdə tutulur. Ödəniş nəğd və ya bank köçürməsi yolu ilə həyata keçirilə bilər. Həmçinin iştirak haqqı taksit şəklində 50 AZN olmaqla 2 dəfə həyata keçirilə bilər.

Proqramda iştirak üçün öz CV-nizi “Master Dayə” başlığı ilə info@bagcam.az elektron ünvanına göndərmək və ya 055 212 55 16 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyata düşmək lazımdır. Qeydiyyata alınan namizədlərlə 15 yanvar 2016-ci il tarixindən sonra müsahibə keçiriləcək və iştirakçılar müəyyən olunacaqdır. İştirakçı kimi təsdiq olunmuş şəxslər sonrakı mərhələdə kursda iştirakçı haqqını ödəməlidir.

Kursa son müraciət tarixi – 15 Yanvar 2016 – ci il

Kurs iştirakçılarının seçimi və təqdimat mərasimi – 31 Yanvar 2016 – ci il

Kurs çərçivəsində ilk seminarın başlanması – 1 Fevral 2016 – ci il

Kursun bağlanış mərasimi – 6 Fevral 2016 – ci il

Ünvan: Bakı şəhər, Nizami rayonu. Baby Star uşaq bağçası

12374863_1696549177248367_4301851096845279974_o

Master Tərbiyəçi Sertifikatı – Tərbiyəçi Təkmilləşdirmə Proqramı

Proqramın öyrənmə prosesi 2 ay, təcrübə prosesi isə 1 ay davam edəcək. Proqrama öyrənmə prosesi olmaqla 6 master klass, 6 seminar, 6 təlimdə iştirak, təcrübə prosesi olmaqla 6 özəl bağçada 6 məşğələdə iştirak və 6 açıq dərs vermək və proqramın yekununda keçiriləcək imtahandan ən yüksək nəticə göstərən 3 nəfərlə 1 illik iş müqaviləsi imzalanması daxildir.

Proqramda İştirak Ödənişlidir. İştirak haqqı 1 nəfər üçün 300 AZN nəzərdə tutulub. Korporativ iştirak üçün (minimum 3 nəfər) iştirakçı haqqına 20 % endirim nəzərdə tutulur. Ödəniş nəğd və ya bank köçürməsi yolu ilə həyata keçirilə bilər. Həmçinin iştirak haqqı aylıq 100 AZN olmaqla 3 ay müddətində həyata keçirilə bilər.

Proqram çərçivəsində məktəbəqədər təhsillə və uşaqla bağlı qanunvericilik, ilkin tibbi yardım, uşaq xəstəlikləri, öyrədici mühitin yaradılması, metodiki işin qurulması, məktəbəqədər tədris proqramı – Kurrikulum və fəal təlim metodları, əmək qanunvericiliyi və tərbiyəçinin əmək funksiyası, uşaq İnkişafı sahələri və onun xüsusiyyətləri, inkluziv təhsil, oyun, oyun növləri və təşkili qaydaları, ekoloji tərbiyə, valideynlə işin təşkili, gün rejiminin təşkili, uşaq inkişafı qiymətləndirilməsi və hesabatlılığı, tərbiyəçi kimdir?, Davranış problemləri və həlli yolları, fövqalədə hallar zamanı davranış, natiqlik və özünü təqdim etmə bacarıqları, ünsiyyət və konflikt menecment, stress menecment, vaxtın düzgün bölünməsi, müasir xidmət anlayışı kimi mövzular əhatə olunacaq.

Proqrama son müraciət tarixi – 15 Yanvar 2016 – ci il

Proqram iştirakçılarının seçimi və təqdimat mərasimi – 31 Yanvar 2016 – ci il

Proqram çərçivəsində ilk seminarın başlanması – 1 Fevral 2016 – ci il

Proqramın bağlanış mərasimi – 30 Aprel 2016 – ci il

Proqramda iştirak üçün öz CV-nizi “Master Tərbiyəçi” başlığı ilə info@bagcam.az elektron ünvanına göndərmək və ya 055 212 55 16 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyata düşmək lazımdır. Qeydiyyata alınan namizədlərlə 15 Yanvar 2016-ci il tarixindən sonra müsahibə keçiriləcək və iştirakçılar müəyyən olunacaqdır. İştirakçı kimi təsdiq olunmuş şəxslər sonrakı mərhələdə proqramda iştirakçı haqqını ödəməlidir.

Ünvan: Kurslar Bakı şəhər Nərimanov rayonunda, Xətai rayonunda, Nizami rayonunda  və Xırdalan şəhərində yerləşən 6 özəl bağçada həyata keçiriləcək.

Keçiriləcək kursların tərəfdaşları Education Management Network və Edu.Co Şirkətidir. Hər iki qurum qurum məktəbəqədər təhsil sahəsində biznes layihələrin işlənib hazırlanması, həyata keçirilməsi və idarəedilməsi sahəsində 3 ildən artıq təcrübəyə malikdir. Hər iki qurumun biznes portfelinə 7 özəl uşaq bağçasının və 2 uşaq inkişafı mərkəzinin layihələndirilməsi və qurulması, hazırda isə 5 özəl uşaq bağçasının idarəedilməsi və 1 özəl uşaq bağçasına məsləhət xidməti göstərilməsi daxildir.

Kursun tərəfdaşlarına isə 5 illik təcrübəsi olan  Uşaq Bağçası, “İnci” Uşaq Bağçası, “İndigo” Nərimanov Uşaq Bağçası, “Baby Star” Uşaq Bağçası,  “Yuvam” Uşaq Bağçası daxildir.

Mütəxəssislər;

Samirə Muxtarova –  uşaq bağçasının direktoru;

Samirə Əliyeva – Education Management Network – un uşaq inkişafı üzrə mütəxəssisi;

Xalidə Rzayeva – Education Management Network – un təlim – tərbiyə işləri üzrə mütəxəssisi;

Vəfa Şirinova – “İnci” uşaq bağçasının meneceri;

Kamilə Baloğlanova – “Baby Star” uşaq bağçasının meneceri, Kurrikulum üzrə təlimçi;

Rasif Dünyamalıyev – Edu.Co şirkətinin direktoru;

Tofiq Sadıqov – Şəxsi inkişaf üzrə təlimçi;

Ənvər Yavəroğlu – “EXUS” Konsultinq şirkətinin direktoru.

Necə edək ki, uşağa özümüzü sevdirək!?

usaq-esas2Müasir dövrün əsas problemlərindən biri uşaqların sevgisini qazanmaqdır. Bəzən insanlar düşünürlər ki, uşaqlar sevginin nə olduğunu bilmir. Əslində bu səhv fikirdir. Çünki əksər hallarda uşaqlar sevdikləri insanı özlərinə ideal bilir, özünü ona bənzətməyə çalışır, onun fikirlərini dinləyir və əməl edir. Bu günkü cəmiyyətdə belə hallara da rast gəlinir ki, valideyn uşağı idarə edə bilmir. Yəni sadə dildə desək “uşaq valideyni eşitmir”. Hətta bu proses təkcə valideyn – uşaq deyil, müəllim – uşaq, uşaqlararası münasibətlərdə də özünü biruzə verir.

Məlumdur ki, hər bir valideyndə uşağına qarşı böyük sevgi var. Amma bəzən valideynlər bu sevgini uşağa hiss etdirə bilmirlər. Valideyn övladına olan sevgisini ancaq uşağa zaman və diqqət ayırmaqla göstərə bilər.  Uşağa olan sevgini təkcə ona hədiyyə almaq və ya gəzməyə aparmaqla bildirməməliyik. Uşağın bütün suallarına səbrlə cavab vermək, onun danışdıqlarını dinləmək, onun düzəltdiyi, çəkdiyi və.s əşyaları yüksək qiymətləndirmək və rəğbətləndirmək lazımdır. Bu zaman uşaq həvəslənir, həm də valideynin ona qarşı olan sevgisini duyur. Bunun da qarşılığında valideyninə tərbiyəli övlad olur.

Müəllimə – uşaq münasibətlərində də yenə sevgi amili üstünlük təşkil edir. Biz deyə bilərik ki, müəllimənin qrupda olan 15 uşağı sevməsi real deyil. Amma bunu  reallığa çevirən müəllimələr mövcuddur. İşini sevən müəllimə hər bir uşaqda sevilə biləcək faktoru axtarıb tapmalıdır. Bəzisini gözəlliyinə, bəzisini şirin nitqinə, bəzisini dəcəlliyinə və.s görə sevməlidir. Bu zaman uşaq sevgini duyur və müəllimə onun idealına çevrilir. Müəllimə – uşaq münasibətlərində artıq bir doğmalıq yaranır. Uşaq müəllimənin baxışından belə nə demək istədiyini bilir.

Əziz valideynlər və müəllimələr gəlin uşaqları sevək, onlara diqqət, qayğı  göstərək və ən əsası zaman ayıraq. Çünki onlar bizim gələcəyimizdir!

Balaca şahmatçılar yarışdılar

Dekabrın 10-da  “Education Managment Network Şirkətinin kuboku” adlı şahmat turnirinin yekun mərhələsi keçirilib. 7 oyundan ibarət olan turnirdə “İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarından 48 uşaq iştirak edib. 4-6 yaşlı uşaqlar arasında keçirilən yarışın yekun mərhələsindən sonra valideynlərin iştirakı ilə mükafatlandırma mərasimi baş tutub.

Tədbir uşaq bağçasının direktoru Samirə Muxtarovanın çıxışı ilə başlayıb Valideynlərə təşəkkürünü bildirən Samirə xanım uşaqların qalib və ya məğlub olmağının deyil, iştirakının vacibliyini qeyd edib.

hazir2

Daha sonra şahmat müəlliməsi Nigar Hüseynova yarış haqqında məlumat verib. Onun sözlərinə görə, İsveçrə sisteminə əsasən aparılan yarışmanın əsas məqsədi uşaqlara qalibiyyət və məğlubiyyət hisslərini yaşatmaqdır.

Nigar xanım bütün uşaqlara sertifikat təqdim edib. Birinci, ikinci və üçüncü yerləri tutan uşaqlardan əlavə 12 uşaq “Ən kiçik şahmatçı”, “Ən fəal şahmatçı” kimi müxtəlif nominasiyada mükafatlandırılıb.

Sonda bağçaların göstərdiyi nəticələrə əsasən menecerlərə də mükafatlar təqdim edilib. Ən yaxşı nəticə göstərən “Baby Star” uşaq bağçası olub.

Məktəbəqədər uşaqlar üçün “Şahmat” kitabı təqdim edilib

Dekabr ayının 7-də “Baby Star” uşaq bağçasında yeni başlayanlar üçün tədris vəsaiti – Şahmat kitabının təqdimatı keçirilib. Kitabın tərtibçisi “Baby Star”, “İndigo” Nərimanov bağçalarının şahmat müəlliməsi Nigar Hüseynovadır.

3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan kitab iki dildə – Rus və Azərbaycan dillərində çap edilib. Kitabda uşaqlara şahmat haqqında ümumi məlumat verilib. Uşağa daha maraqlı olması üçün rəngləmələrdən və şahmatla əlaqəli bir çox məntiqi oyunlardan da istifadə olunub.

Təqdimat mərasimi Nigar Hüseynovanın şahmat fəaliyyətini əks etdirən video çarxın nümayişi ilə başladı. Tədbir uşaqlarının hazırladığı kiçik səhnəcik və şeirlərlə davam etdirildi.

Daha sonra Şahmat kitabının ideya müəllifi uşaq bağçasının direktoru Samirə Muxtarova çıxış edib, müəllifə gələcək fəaliyyətində uğurlar arzuladı.

Təqdimat mərasimində iştirak edən digər qonaqlar da Nigar xanımı təbrik edib, kitab haqqında fikirlərini bildirdilər.

hazir-foto

Rəsmi hissə bitdikdən sonra tort kəsildi.

Sonda isə Nigar xanım təəssuratlarını bizimlə bölüşdü:

“Əslində belə gözləmirdim. Doğrudan da çox böyük təəssuratarım oldu, çünki hamı ürəyində olan sözləri söylədi. Çox xoşbəxətəm ki, bu bağçalarda işləyirəm”.

Qeyd edək ki, Şahmat kitabını “Baby Star”, “İndigo” Nərimanov bağçalarında və 2 nömrəli Uşaq və Gənclər üzrə şahmat məktəbindən əldə etmək mümkündür.

“İstifadə etdiyimiz dezinfeksiya məhsulları uşaqlar üçün təhlükəsizdir”

IMG_5396-esas

“Bağça şəraitində dezinfeksiyanın aparılması şərtdir. Çünki 40-50 uşaq hərəsi müxtəlif evlərdən gəlir. O uşaqların birində hansısa virus olarsa, dezinfeksiya onun bütün uşaqlara yayılmasının qarşısını 70- 80 % alır”.
Bu sözləri PAOS şirkətinin direktoru Orxan Paşayev bağçalarda dezinfeksiyanın əhəmiyyətindən danışarkən qeyd etdi. O bildirdi ki, dezinfeksiya edilən zaman preparatların keyfiyyətinə üstünlük vermək lazımdır:
“Bağçada dezinfeksiya edilən zaman əvvəlcə istifadə olunan preparatların yüksək keyfiyyətli olmasına, saxlama müddətinə diqqət edirik ki, uşaqlara heç bir ziyanı olmasın. Ona görə də bizim dərmanlar hamısı lisenziyalı, sertifikatlı dərmanlardır. Bizim istifadə etdiyimiz dərmanlar xaricdən gəlir. Əsas önəm verilən təhlükəsizlikdir. Dərmanların zərərsiz olduğuna əminik, lakin yenə də şənbə günü axşamlar dezinfeksiya olunur. Çünki səhərisi gün – bazar günü uşaqlar olmurlar, bazar günü uşaqların oturacaqları, masaları və digər yerlər sodalı su ilə yuyulur. Artıq bazarertəsi uşaqlar rahat gələ bilirlər. Əslində 8 saatdan sonra uşaqlar bağçaya gələ bilər, biz hər ehtimala qarşı öz tədbirimizi görürük”.
Müsahibimiz eyni zamanda qeyd etdi ki, başqa yerlərdə edilən dezinfeksiya ilə bağçada edilən dezinfeksiyada fərq var. Mətbəxə, restorana vurulan dərmanlarla bağçaya, fərdi yaşayış üçün olan evlərə vurulan dərmanlar ayrıdır:

B47A7113-esas

Uşaq bağçasının həkimi Yeganə Zeynalova isə, bağçalarda dezinfeksiyanın önəmini vurğuladı. O bildirdi ki, mövsümə aid olan xəstəliklərin daha çox yayılması vaxtı müəyyən tədbirlər daha da gücləndirilir:
“Ümumiyyətlə dezinfeksiya dedikdə xarici mühitdə bütün mikroorqanizimlərin məhv olunmasına yönələn tədbirlər planı düşünülür. Dezinfeksiya həm profilaktik, həm də ocaqlı olur. Profilaktik dezinfeksiya infeksiyon mövsümdən asılı olmayaraq hər bir zaman mütəmadi aparılır. Ocaqlı dezinfeksiya isə, uşaq bağçasında, kiçik uşaq müəssisələrində müəyyən infeksiyaların daha çox olduğu dövrdə aparılır. Mütəmadi olaraq ayda bir dəfə daha böyük ölçüdə aparılan dezinfeksiya işləri var, hətta dezinfeksiya gündəlik də aparılır, amma təbii ki, mövsüm zamanı, mövsümə aid olan xəstəliklərin daha çox yayılması vaxtı müəyyən tədbirlər daha da gücləndirilir. Məsələn, payız-qış mövsümündə kəskin resprator xəstəliklərinin, yaz-yay aylarında isə bağırsaq infeksiyalarının artan vaxtıdır. Həmin vaxtlarda dezinfeksiya işləri əlavə olaraq aparılır. Amma profilaktik aparılan dezinfeksiya metodları da var ki, bu da bağçalarda tətbiq olunur “.
Həkimin sözlərinə görə, dezinfeksiya işlərinin metodik və fiziki növləri var. Bu, həftəlik, aylıq, gündəlik tətbiq olunur.
“Profilaktik dezinfeksiyanın ən sadə metodu mexaniki metoddur. Mexaniki metod hər gün, gündə iki dəfə aparılan dezinfeksiya metodudur. Nəm parçalarla yığışdırılma, yalnız tozsovuranla tozların alınması, havalandırma sistemlərinin havasının tez-tez dəyişdirilməsi və s. buna aiddir. Hamam, tualetdə əlüzyuyanlar gündə iki dəfə işçilər tərəfindən dezinfeksiya edilir. Dezinfeksiyanın bir də fiziki metodu var. Bu metod isə ultrabənövşəyi şüalarla və yüksək temperaturla aparılır. Bu iş bağçada hər həftə aparılır. Bizim bağçada da, hər altı-bazar qısa müddətli ultrabənövşəyi lampalar taxılır. Bundan əlavə, ayda bir dəfə olan dezinfeksiya işləri var. Artıq bu, peşəkar təlim görmüş işçilər tərəfindən aparılır. Bu dezinfeksiya işlərinin aparıldığı müddətdə burada işləyən işçilərin bağçada olması vacib deyil”.

Bağça uşaqları üçün ingilis dili kitabı hazırlanıb

Oktyabr ayının 9-da uşaq bağçasında “My Merry English book” adlı ingilis dili kitabının təqdimat mərasimi baş tutub. Kitabın müəllifi bağçanın ingilis dili müəllimi Arzu Məmmədovadır.

3-6 yaş uşaqlar üçün nəzərdə tutulan kitab Azərbaycan- İngilis və Rus- İngilis dillərində çap olunub. Kitab 35 fərqli mövzudan ibarətdir. Bu mövzulara ailə, bədən üzvləri, fəsillər və digərləri daxildir. Həmçinin kitab iki hissədən ibarətdir- ingilis dili kitabı və iş dəftəri.

Tədbir başlamazdan əvvəl Arzu müəllimə uşaqları kitabla tanış etdi. Uşaqlar kitabdan müxtəlif tapşırıqlar həll etdikdən sonra tədbir zalına keçdilər.

Arzu müəllimə tədbiri giriş sözü ilə açdıqdan sonra uşaqlar ingilis dilində mahnı oxuyub, şeir səsləndirdilər.

Daha sonra bağçadakı uşaqların iştirakı ilə keçirilən tədbirlərdən ibarət video çarx nümayiş etdirildi.

Uşaq bağçasının direktoru Samirə Muxtarova Arzu müəlliməni təbrik edib, kitab haqqında fikirlərini bildirdi.
Sonda isə kitabın müəllifi Arzu müəllimə fikirlərini bölüşdü. O bildirdi ki, uşaqlar üçün ingilis dili kitabı nəşr etdirmək onun arzusu olub.

Mən beş ilə yaxındır ki, uşaq bağçasında ingilis dili müəlliməsi kimi fəaliyyət göstərirəm. Bu illər ərzində mənim arzum idi ki, uşaqların daha asan başa düşəcəyi, əylənərək öyrənə biləcəyi kitab ərsəyə gətirim. Nəhayət ki, bu gün bu arzum yerinə yetdi. Bunun üçün özüm də şadam.

Qeyd edək ki, kitab gələn həftədən  “İndigo” Nərimanov, “Baby Star” və “Yuvam” bağçalarında tədrisdə istifadə olunacaq.

“Müəllimlər də uşaqlar ilə birlikdə böyüyür”

5 oktyabr uşaq bağçasında Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə balacalar şeirlər, musiqilər və kiçik oyunlarla müəllimlərini təbrik ediblər.

Uşaq bağçasının meneceri Vəfa Şirinova tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşüb:

“Onlar artıq 3 ildir bu müəllimlərlə böyüyürlər. Uşaqlar necə böyüyürsə, müəllimlər də onlarla birlikdə böyüyürlər. Uşaqlar tədbirə hazırlaşarkən yeni bir şeylər öyrənmələri müəllimlərdə də müəyyən dəyişikliyə səbəb olur”.

Sonda isə balacalar müəllimlərinə olan sevgilərini belə bildirdilər:

“Müəllim bizim ikinci anamızdır”

IMG_4154-2

“Onlar xeyirxahdır, bizə yazmağı, oxumağı öyrədirlər”

IMG_4161-3

“Müəllimlər bizə dərs öyrədir, həyətə aparırlar”

IMG_4167-4

“Bizi gəzməyə aparır, oxumağı, yazmağı öyrədir”

IMG_4179-5

“Bizə dərs öyrədir, ulduz verir”

IMG_4183-6

“Müəllim mehribandı, qayğıkeşdi, bizim qəlbimizə dəymir”

 IMG_3846

IMG_4011

IMG_3830

IMG_3919

IMG_4059

IMG_4118

“Ahıllar günündə biz də uşaq olduq”

1990-cı ildən 1 oktyabr dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. “Baby Star” uşaq bağçasının balacaları da nənə və babalarını təbrik etmək üçün tədbir təşkil ediblər. Tədbirdə iştirak edən nənə-babaları uşaqlar şeirləri, nəğmələri, rəqsləri və kiçik səhnəcikləri ilə sevindiriblər.

“Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova tədbirlə bağlı təəssüratlarını Bagcam.az-la bölüşüb:

“Bu bayramı nənə və babalarımızla birlikdə qeyd etmək daha xoş oldu. Tədbiri əsasən, uşaqlara bayram haqqında geniş məlumat vermək, nənə və babalarına sevgi və hörmətlərini ifadə etmək üçün təşkil etdik. Tədbirdə həm uşaqlar öz bilik və bacarıqlarını nümayiş etdirdi, həm də nənə və babalarımız nəvələrinə vaxt ayırmış oldular. Onlarla birlikdə əyləncəli vaxt keçirdilər. Bütün bunlarla yanaşı bu gün bir daha valideyn-bağça əməkdaşlığı təkmilləşdirilmiş oldu”.

Tədbirdə iştirakçıları nəvələri ilə birgə əyləndiklərini, xoş və yadda qalan bir gün keçirdiklərini dedilər:

Fazil Hüseynov:

“Çox gözəl tədbir idi. Bağça tərəfindən də çox gözəl təşkil edilmişdi. Elə bil ki, biz də bu gün onlara qoşulduq. Ahıllar günündə biz də uşaq olduq. Mən çox şadam ki, mənim nəvəm bu bağçada oxuyur”.

Təhminə Hüseynova:

“Mən də bir nənə kimi bağçada hazırlanan bu tədbirə görə bağça rəhbərliyinə, müəllim kollektivinə bizə belə bir diqqət yetirdiyinə görə təşəkkür edirəm”.

Bağçanın balacalarından biri Xalidə də nənə və babalarına öz təbrikini çatdırdı:

“Bu gün oktyabrın 1-dir. Nənələr və babalar günüdür. Mənim çox xoşuma gələn, ən yadda qalan rəqslərimiz oldu. Bu gün münasibətilə nənə və babalarımızı təbrik edirəm”.