Almaniyadakı uşaq bağçalarında “oyuncaqsız zaman” tətbiqi

oyuncaqsiz_zamanBerlindəki bir bağçada  uşaqlar  bütün oyuncaqları ortalıqdan yığışdırdılar: maşınlar, kiçik rezin heyvanlar və s. Sonra boş sinfin ortasında dayanıb müəllimlərinə baxdılar.

“Bəs indi nə edəcəyik?” deyə soruşdu oğlum.

Bu sualına uzun bir müddət  cavab almadı. Getdiyi uşaq bağçası “oyuncaqsız zaman” layihəsinə başlayırdı. Bir neçə həftə ərzində oyuncaqlar yığışdırılacaq və müəllimlər uşaqlara nə oynayacaqlarını deməyəcəkdi. Bu tətbiq sərt görünsə də, layihənin əhəmiyyətli bir pedaqoji hədəfi var: İrəlidəki asılılıq yaradacaq davranışlarına qarşı onları gücləndirmək üçün uşaqların həyat bacarıqlarını inkişaf etdirmək.

“Oyuncaq olmayanda uşaqlar öz fikirlərini inkişaf etdirəcək zamanı tapa bilirlər” – deyir layihəni tətbiq edən bağçanın müdiri Elisabeth Seifert. “Oyuncaqsız zamanda, hazır və bitmiş oyuncaqlarla oynamırlar. Öz oyunlarını inkişaf etdirirlər. Birlikdə daha çox oynayırlar, psixososial bacarıqlarını daha yaxşı inkişaf etdirə bilirlər”.

Oyuncaqsız bağça, Almaniyada yeni bir fikir deyildi. Bu fikir, 1980-ci illərdə toplanmağa başlayan Bavyera bölgəsindəki asılılığı olan şəxslərlə işləyən qrupundur. Qrup, birbaşa asılılığı olan şəxslərlə işləyən insanlardan ibarət idi. Nəhayət bu qrup, çox adam üçün vərdiş yaradan davranışın köklərinin uşaqlıq dövrünə dayandığını müəyyənləşdirdi. Potensial asılılıq toxumlarının əkilməsinin qarşısını tamamilə almaq üçün araşdırmaçılar, Almaniyada 3-6 yaş arası uşaqların getdiyi bağçalarda bir layihə yaratmağa və uşaqların özlərini mənfi duyğulardan uzaqlaşdırmaq üçün bəzən istifadə etdikləri şeyləri ortadan qaldırmağa qərar verdilər, yəni oyuncaqları.

Oyuncaqsız bağçanın qaydaları çox sadədir: Üç aylıq bir müddət ərzində bütün oyuncaqlar yığışdırılır və ortada yalnız mebellər, ədyal, yastıq və s. bu kimi şeylər qalır. Oyuncaqsız zaman başlamazdan əvvəl müəllimlər, uşaq və valideynlərlə görüşür ki, onlar da nə gözləmələri lazım olduğunu bilsinlər. Layihə başladığında müəllimlər uşaqların oyununu idarə etmək yerinə yalnız müşahidə edirlər.

Bavyeranın Penzberg şəhərindəki bir uşaq bağçası, 1992-ci ildə oyuncaqsız zamanı sınayan ilk bağça oldu. Layihə, haqqında nəşr olunan məlumatlardan qısa bir müddət sonra sürətlə yayılmağa başladı. Bu gün Almaniya, İsveçrə və Avstriyanın hər yerindəki yüzlərlə bağçada oyuncaqsız zaman layihələri görə bilərsiniz. Digər ölkələr də bu layihəyə maraq göstərdilər. Layihənin 25-inci ilində nəşr olunan bir xəbərə görə, ilk oyuncaqsız uşaq bağçası olan Penzberg uşaq bağçasına, Çindən belə bu mövzuyla bağlı telefon zəngi olunub.

Oyuncaqsız uşaq bağçası ilə əlaqədar uzun müddətli bir araşdırma yoxdur, ancaq 1997 və 1998-ci illərdə edilən iki araştırma, oyuncaqsız zamanda  iştirak edən uşaqların sosial qarşılıqlı, yaradıcılıq, empati və ünsiyyət bacarıqlarında artım olduğunu ortaya çıxardı.

Oyuncaqsız zamanla bağlı tənqidlər də var. Ən şübhəçi qrup arasında isə valideynlər iştirak edir. Bu layihənin uşaqlarını, artıq bağçaya getmək istəməyəcək qədər sıxacağından narahatlıq edirlər. Hətta Berlində mənim uşaqlarımın da getdiyi bağçadakı valideynlər oyuncaqsız zaman mövzusunda iki qrupa ayrıldılar. Buna  görə də bağça layihə mövzusunda güzəştə getmək məcburiyyətində qaldı. Oyuncaqsız keçən zaman altı həftəyə endirildi və bahar aylarına çəkildi. Beləcə uşaqlar açıq havada daha çox vaxt keçirə biləcəklərdi. Proqrama həftədə bir meşə gəzintisi də əlavə edildi.

Əvvəl qızım sonra da oğlum bağçadakı oyuncaqsız zamana qatıldığı üçün bu cür oyunları çox gördüm. Məsələn bir gün uşaqlar oturacaqları düzülüb “qatar” oynadılar. Başqa bir gün isə ədyallardan nəhəng  çadır düzəldib ətrafından vəhşi heyvanları təqlid edərək iməklədilər.

Mütəmadi olaraq yetişkinlərə və digər uşaqlara nə etməsi lazım olduğunu soruşan kiçik oğlum bir anda özünü qrup oyunun içinə atdı. Oyuncaqsız keçirdiyi zamanlar onun üçün başqa bir şey də qazandırdı. Evə, cibləri yığdığı palıd palamudları və daşlarla gəlməyə başladı. Meşə gəzintiləriylə əlaqədar həyəcanlı hekayələr danışdı. Açıq havada daha çox oynamağa başladı, həm də digər uşaqlar ona qoşulmasa belə. Layihə bitdikdən çox sonra belə, onu bağça həyətində tək oynayadığını görürdüm.

Oyuncaqsız təcrübənin onu gələcəkdəki asılılıqlarından qoruyub-qorumayacağını zaman göstərəcək, amma mən oğlumda böyük dəyişiklik gördüm. Oyuncaqsız uşaq bağçası layihəsi onda yalnız açıq havada oyuna qarşı maraq yaratmaqla yanaşı, özüylə tək qaldıqda rahatlıq tapmasını da təmin etdi.

Mənbə: https://www.theatlantic.com/education/archive/2017/03/the-toy-free-kindergarten/520905/