Şirin, dadlı, qıpqırmızı albalılar, tam balaca körpənizə layiq daddır. Üstəlik bu kiçik meyvələr körpəniz üçün tam vitamin anbarıdır.
Pediatr Günay Rəsulova albalının faydalarından danışır:
Yalnız bir stəkan albalıda 20 mq kalsium var. Albalıda kalsium olduğu kimin ağlına gəlirdi? Albalı “super meyvələr” siyahısında baş sıralarda dayanır. O qıpqırmızı rəngiylə də kiçik körpənizin diqqətindən qaçmasına imkan yoxdur. Körpənizə albalını 8 aylıqdan daddıra bilərsiniz. Təbii ki, əvvəl həkimə soruşub onun təsdiqini almağınız lazımdır. Narahat olmayın, albalı allergik yeməklər arasında üst sıralarda deyil. Yalnız bəzi körpələr üçün albalının qabığının həzmi çətin olur.