Uşağınıza kitab oxuma vərdişi qazandırmanın yolları nələrdir?
- İlk olaraq özünüz də kitab oxumağı sevməlisiniz. Çünki siz kitab oxumasanız, uşağınız da sizdən bunu görməyəcək və tətbiq etmək istəməyəcək.
- Uşağınızın oxumağı sevdiyi bir jurnalı davamlı ala bilərsiniz. Bu formada uşağınız bu jurnalın özünə aid olduğunu hiss edəcək və oxuma həvəsi artacaq.
- Neçə yaşında olursa olsun, uşağınıza yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bu, onda yaranacaq həvəs üçün olduqca əhəmiyyətlidir.
Uşağınıza mütailə vərdişi qazandırın.
- Uşağınızın yaşı kiçikdirsə, sevdiyi bir hekayəni dəfələrlə oxunmasını istəyə bilər. Səbrlə oxumağa davam edin.
- Uşağınız üçün otağında kiçik bir kitabxana ayırın. Bu kitabxana ona xüsusiyyət duyğusu qazandıracaq və həvəsini artıracaq.
- Uşağınız ilə kitabxanaya getməyə çalışın. Kitabxana mühiti kitab oxumaq üçün həvəsləndirici məkandır.
Uşağınıza kitabları necə ala biləcəyini öyrədin.
- Onu bir kitap mağazasına götürün və bu kitap mağazasını uşağınızla tez-tez ziyarət edin.
-
Kitab almağa apardığınız zaman kitabı uşağınızın seçməsinə diqqət yetirin. İstədiyi kitabı özünün seçməsi özünə inamını artıracaq və onda həvəs yaradacaq.
Mənbə: qadin.az