“Vücudunuz yox deyirsə…” kitabının müəllifi həkim Matenin ən böyük oğlu səkkiz yaşına girəndə, əsəb keçirməsi valideynlərini o qədər narahat edirdi ki, onu dünyaca məşhur inkişaf psixoloqu olan Gordon Neufeldin yanına aparırlar. Neufeld, Mate və həyat yoldaşı Rae ilə danışdı. Oğulları Daniel ilə görüşdükdən sonra Neufeld onlara belə dedi: öz davranışlarını ələ almağı lazım idi. Mateyə görə bu həqiqətin üzə çıxması, “həm qorxutucu, həm də gücləndirici” oldu.
Təxminən 20 il sonra, bir yazıçı və həkim olan Mate, Neufeldin fikirlərinə əsaslanan bir kitab yazmaq üçün Neufeld ilə bir araya gəldi: Uşaqlarınıza dayaq olun. Niyə valideynlər qohumlardan daha önəmli olmalıdır? Kitab on beş fərqli dilə tərcümə edildi.
Yazıçıların, uşaqların yetişkin yaxınlığından uzaqlaşmaqda olduqları və bir növ itkin nəsil halna gəldikləri görünüşü, xüsusilə ekran başında keçirilən artıq zaman və ya yeniyetməlik yadlaşmaları ilə mübarizə aparan valideynlərdə əks-səda oyandıracaq. Ancaq Mate və Neufeld, valideynlərin başa düşməsi lazım olan şeyin bu olduğunu zənn edirlər. Zorlayıcı davranışlar əslində, “davranış problemləri deyil, bir növ münasibət problemidir”.
Bu münasibət probleminin mərkəzində Neufeld və Matenin “həmyaşıd yönümü” olaraq adlandırdığı qavram var. Bəziləri həmyaşıdlara qarşı artan bağlılığı bir yetkinləşmə əlaməti olaraq görə bilər. “Əgər bu bağlanma, valideynlərə olan əsas bağın yerini alırsa, bu vəziyyət keçərli deyil”, deyir Mate. Bəs uşağınızı həmyaşıdları “ələ keçirərsə” nə edə bilərsiniz? “Onları geri qazanın”.
Qız on beş yaşında olarkən Matenin etdiyi şey bu idi. “Qızımı geri qazanmağa qərar verdim”, deyir. Bir münasibət tək tərəfli şəkildə nizamlana bilərmi? “Əsasən mənimlə vaxt keçirməklə elə də maraqlanmırdı, deyə etiraf edir Mate. Ancaq Mate onun yanında olmaq istəyir və qızı da çöldə yemək yemə fikrini sevirdi. Beləcə həftədə bir gün axşam yeməyinə çıxmağa başladılar. İllərlə bu yeməklərə davam etdilər. Zaman-zaman yeməklərin pis keçməsinə baxmayaraq, növbəti həftə yenidən orada olduqlarını bildirir Mate. O axşam yeməkləri onlar üçün bir növ “müqəddəs yer” halına gəldi. Qızının tövsiyəyə ehtiyacı olduqda bunu atasına bildirməsi üçün illər keçdi. “Bu, lap əvvəldən onun etməsi lazım olan təbii bir şeydi”, deyir Mate, “Axır ki,oldu”.
Mate, “Uşaqlarınıza dayaq olun”u yazana qədər, kitabda bəhs edilən valideyn səhvlərinin hamısını şəxsən etdiyini deyir. “Həqiqətən hamısını etdim”.
Bu səhvlərdən bəziləri, – istirahət cəzası vermək kimi-spesifikdir. Mate bu texnikəri “qorxuya söykənən” üsullar olaraq görür və rədd edir. Digərləri arasında deyinmək, əsəbi və ya soyuq səs tonu istifadə etmək, qatı intizam anlayışına başvurmaq və ya uşaqlarınızla kifayət qədər zaman keçirməyə laqeyd yanaşmaq sayıla bilər.
Bəs valideynlər uşaqları ilə yenidən əlaqə yaratmaq üçün nə edə bilər? Mateyə görə işin açarı, təxminlərinizə əsaslanaraq yenidən bağ qurmaq və valideynliyi əldə olunması lazım olan bir mütəxəssis olaraq əks etdirən kitabları gözardı etməkdir. “O kitablar yararsızdır” deyir Mate
Bir valideynlik kitabının müəllifi tərəfindən gələn bu təklif gülməli kimi görünsə də, Mate, onun, və Neufeldin məqsədinin, gələn dünyagörüşlü hücumlar qarşısında “valideynlik instinktlərini təsdiq etmək” olduğunu deyir.
“Gecə ağlayan bir uşağı tək qoymaq, mənfi davranışlar sərgiləyən uşağı təcrid etmək kimi tövsiyələr, bir valideynin instinktlərini saymayan valideynlik təcrübəsi nümunələrdir”, deyir Mate. “Analarla danışın və bunları edərkən necə etdiklərini görün. Bəli, edirlər. Amma özlərini necə hiss edirlər? Valideynlik mütəxəssisləri tərəfindən bir uşağın çarəsizliyi qarşısında öz daxili səslərini eşitməzdən gəlmələri deyilir”.
Mövzunun özəyinə enərkən, instinktlərə dayanan valideynlik olduqca sabit görünür: Uşaqlarınızla kübar şəkildə danışın, qucaqlamağa hazır olun, onların yanında telefonunuzu çox istifadə etməkdən imtina edin, onlarla vaxt keçirin, yaxşı niyyətlərini təşviq edin. Təməl olaraq, özünüzü onlarla bir münasibət daxilində düşünün. “Valideynlik instinktlərinizə həqiqətən bağlısınızsa, bunları hərçənd edərsiniz”, deyir Mate. Ancaq uşaqlar böyüdükcə bu instinktləri izləmək bir yana, onların fərqinə varmaq belə çətinləşir.
Necə yenidən bağ qura bilərik?
Uşaqlarınızla bərabər olun: Oyandıqlarında, məktəbdən gəldiklərində, ailə yeməklərində, yatmağa getdiklərində onlarla zaman keçirin. Fərq yaradan şey, niyyət və fərqindəlikdir. İki dəqiqəlik bir zaman belə yenidən bağ qurmağınızı təmin edə bilər.
Dayanıqlığınıza nəzrət edin: Axşam yeməyi vaxtında çağırmaq və ya onlara mesaj göndərmək yerinə, yanlarına gedib onlarla danışın. Əgər buna sahib olduğunuzdan daha artıq enerji lazım olarsa; Mate bunun bir enerji problemi deyil, “bir dayanma problemi” olduğu söhbətində inadkardır.
Nəzarət etməyə çalışmayın, lderlik etməyə çalışın: Özünüzü daima uşağınızla bir çıxılmaz vəziyyətdə tapırsınızsa, “Mövzunu çətinləşdirməməyini daha yaxşıdır, çünki sadəcə mübarizə yaradarsınız”, deyir Mate və əlavə edir, “Nəzarət etməyin. Münasibətin yenidən inşası üçün çalışın”.
Mənbə: egitimpedia.com