Sillə vurmaq uşaqlara ciddi zərər verən şiddət hərəkətidir

Sorğular göstərir ki, amerikanların təxminən 70%-i uşaqların hərdən bir silləyə layiq olduqlarına inanır. Bu cümləni yazmaq belə ürəyimi bulandırmağa kifayət edir: Uşaqlara əl qaldıran onlarla valideyn… Daha da pisi budur ki, bəzi tədqiqatçılar bizə məktəbdən əvvəlki dövrlərdəki uşaqların 90%-dan çoxunun, bir yaş altındakı uşaqların isə 30%-in ən az bir dəfə yetkin tərəfindən sillələndiyini deyir. Kim körpəyə vura bilər ki?

Sillə vurmaq döyməkdir. Döymək şiddətdir. Şiddət isə etik olaraq yanlışdır və məncə, bütün ölkələr sillə vurmağı qanuni olaraq qadağan etmiş digər 48 ölkənin sırasına qatılmalıdır.

Xeyirdən çox zərəri var

Bir müəllim olaraq qarşılaşdığım insanların bəziləri dəyər mühakimələrimə əhəmiyyət vermədən sillə vurmağın “xeyri dəydiyi” mövzusunda təkid edirdi. Xeyrinin dəydiyi, amma mənim heç zaman etməyəcəyim bir çox şey var. Sizinlə eyni fikirdə deyiləmsə, səsimi yüksəldib sizi susdurmaq işə yaraya bilər, amma məntiq çərçivəsində müzakirə etmək daha xeyirli olmaz? Pula ehtiyacım varsa, oğurluq etmək mənə kömək edə bilər, amma yüksək bir gəlir üçün daha çox işləmək yaxşı olmaz? Qarşımda dayanıb yolumu kəsirsinizsə, sizi itələmək mənə kömək edə bilər, amma sizdən mülayim şəkildə mənə yol verməyinizi istəmək daha doğru olmaz?

Görünən budur ki, bir çox yetkin insan mənimlə eyni fikirdə deyil və yetkinlərin uşaqlara vurmasının sadəcə qəbul edilə biləcək olduğunu deyil, hətta gərəkli olduğunu da düşünürlər. Bu yazını paylaşdıqdan sonra bütün günümün uşaqlara vurmaqdan imtina etməklərini istədiyim üçün mənə əsəbiləşən insanlardan gələn şərhləri oxumaqla keçəcəyini bilirəm.  Sillə vurmağın şiddət olmadığını deyəcəklər və məncə, bunu müzakirə etməyin heç yeri yoxdur. Sillələməyin əgər “sevgi ilə” edilirsə, problem olmadığını söyləyəcəklər, bundan da onu başa düşəcəyəm ki, dünyada sevginin nə olduğunu bilməyən nə qədər insan var. Sillə atmağın itaət etməyi öyrətməyin tək yolu olduğunu deyəcəklər, ancaq mən belə bir məqsədi iş həyatım boyunca rədd etdim. Mənə “Valideynlərim də mənə sillə atırdılar, amma bax, sonunda yaxşı bir insan oldum” deyəcəklər, mən də onlara “Əminsən? Kiçik uşaqlara vurursan”, deyə cavab verəcəyəm.

Şəxsi dəyər mühakimələrim bir yana, araşdırma nəticələri də aydın şəkildə ortadadır: Sillə atmaq xeyirdən çox, ziyan verir. New Hampshire Universiteti sosiologiya proffessoru Murray Straus qırx ildən çoxdur apardığı araşdırmalarının nəticəsini topladığı The Primordial Violence (İbtidai Şiddət) adlı kitabında belə deyir:

Sillə zehni inkişafı yavaşladır

“Araşdırmalar sillə atmağın pis davranışları düzəltdiyini göstərir, amma eyni zamanda, sillə atmağın fasilə vermək, açıqlayaraq başa salmaq və ya uşağın imtiyazlarını əlindən almaq kimi digər düzəldici üsullardan daha çox işə yaramadığını da göstərir. Bundan əlavə, araşdırmalara baxdığımızda sillələməyin faydalarının nələrə dəydiyini də görə bilirik. Bunların arasında uşaq ilə valideyn münasibətlərinin zəifləməsi və uşağın dostlarına, ya da valideynlərinə vurmaq və irəlidə də sevgili, yaxud yoldaşlarına şiddət göstərmək ehtimalıın artması da var. Sillə atmaq həm də zehni inkişafı da yavaşladır və uşağın məktəbdə müvəffəqiyyətlər qazanmaq ehtimalını azaldır. Sillə atmağın mənfi təsirlərini ortaya qoyan 100-dən çox araşdırma var və bu araşdırmalar öz aralarında 90%-dən çox fikir birliyini göstərir. Valideynlik və uşaq davranışları mövzusunda nəticələrin bu qədər məntiqli olduğu başqa bir mövzu yoxdur, yəqin ki”.

Mənim fikrimcə, uşaqlar şiddətdən zərər çəkmiş olmamaq kimi təməl insan hüququna sahibdirlər. Eyni şeyi bir yetkin başqa bir yetkin insana edəndə buna “hücum, şiddət” deyirik. Sillə atmaq həm uşaqlara, həm də cəmiyyətə zərər verən bir şiddət göstəricisidir. Fasilə vermək və digər cəzaların faydalılığı kimi mövzuları müzakirə edərkən  uşaqlara vurmağı tərgidə bilmərik?

Mənbə: www.egitimpedia.com