3-5 yaşlı uşaqların hekayə dinləyərkən beyinlərinin fəaliyyəti müşahidə edilib. Araşdırmalar, beyin fəaliyyətlərində, uşaqların evdə nə qədər oxuduğuna görə dəyşikliklər olduğunu müəyyən ediblər. Evdə daha çox kitab oxunduğunu deyən valideynlərin uşaqlarında, beynin sol yarımkürəsində aktivliyin daha çox olduğu müşahidə edilib. Yaşca böyük uşaqlar özləri kitab oxuyanda, kiçik uşaqlarda isə hekayələrə qulaq asanda bu bölgə aktivləşir. Şəkilləri görmədən hekayə dinləyən uşaqlarda da görüntü ilə bağlı bölgədə aktivlik müşahidə edilib. Bu, tətqiqatçıları təəccübləndirib.
Beyin fəaliyyətlərindəki fərqli səviyyələr, şəkilli kitablara baxıb hekayələr dinlədikcə, bu uşaqların gələcəkdəki bacarıqlarında inkişafa zəmin yaranır. Amma hekayələri ekranlardan yox, insanlardan eşitməyə ehtiyacları var. Aparılan araşdırmalara görə, hər uşaq müəyyən yaşına kimi fərqli miqdarda kəlimə eşidir və öyrənir. Kitab oxunan uşaqlar daha çox kəlimə eşidir və öyrənir. Bu, onların gələcəkdə formalaşan nitqlərinə təsir edir.