Analar, mükəmməl olmayın

Günümüzdə bir çox ana “mükəmməl” olmaq istəyilə əllərindən gələni etməyə çalışırlar, “daha yaxşı nə edə bilərəm?!”in qayğısını çəkirlər. Mükəmməl ana sindromu ilə qarşımızda fərqli görünməyə çalışırlar.

Bəzi ailələr uşaq iki yaşında üç dil öyrənsin, eyni vaxtda həm baletə, həm də üzgüçülük dərslərinə getsin, həm pianino, həm də skiripka çalsın kimi istəkləri olarkən, başqa ailələr isə övladı sadəcə təbii qidalar yesin, sənədli film izləsin kimi metodlarla özlərini göstərirlər.

Bir başqa ailə isə uşaq yeməyini yesin, vaxtında yatsın, qaydalara əməl etsin şəklində özünü göstərir.  Psixoloq Reyhan Algül, “Hamısında ortaq nöqtə uşağın daha yaxşı bir həyatı olması üçün edilən fədakar davranışlar və axtarışlardır. Amma ananın mükəmməl olmağa çalışması, uşağının mükəmməl olmasını istəməsi həm ana, həm də uşaq üçün bəzi mənfiliklərə yol aça bilər” deyir. Mükəmməllik sindromu anada çatışmazlıq duyğusuna, özünü günahkarlandırmağa və həddindən artıq qayğıya səbəb ola bilərkən, uşaqda yemə yuxu problemlərindən inadkarlıq və məktəbdən bezməyə kimi bir çox problemlə özünü göstərə bilər. Psixoloq Reyhan Algül “bu çatışmazlıqlar  müəyyən yaşlarda da təsirini  göstərməkdədir. Hər istədiyini əldə edə biləcəyini, mükəmməl və qüsursuz olduğunu fikirləşərək böyüyən uşaqlar həqiqi həyatda problemlərlə, məğlubiyyətlə qarşılaşdıqda özünə inamını itirir” deyə bildirir.

Psixoloq Reyhan Algül, anaları mükəmməlliyə aparan səbəblərdən bəhs edir:

Hər insanda olan narsizm

Uşaq sahibi olmaq dünyadakı ən məsuliyyətli və ən ağır iş olmaqla yanaşı, eyni zamanda insandakı narsizmi ortaya çıxara bilən vəziyyətdir. “Mənim uşağımın” fikri, uşağı və özünü müəyyən vaxt ərzində mükəmməl görmək istəyini yaradır.

Bağlanmaq yox, asılılıq

Uşağını yanından ayırmayan, əslində öz aslılığının əvəzinə uşağından istifadə edən valideynlər uşaqdakı asılılığı artırırlar. Əlbəttə ki valideynlərin çoxu bunları bilərək etmir. Hətta fərqində belə olmurlar. Ancaq hər  uşağın valideynindən asılı olmadığını yaddan çıxartmaq olmaz.

Keçmişin  qazanılması

Valideynlər keçmişdə öz ana-atalarının etdikləri səhvləri öz uşaqlarına etməməyə çalışırlar. “Mənim yaşadığımı uşağım yaşamasın” deyə fikirləşirlər.

Uşaq sayı və işləyən valideyn

Psixoloq Reyhan Algül “Uşaq sayının azalması, valideyinlərin uşaqları ilə daha çox vaxt keçirmələrinə səbəb oluğu kimi, uzun iş və anaların iş həyatında olması bəzən uşağa “lazımınca vaxt ayırmadıqlarını” fikirləşməsinə səbəb olur. Bu səbəblə analar uşağı ilə keçirdiyi vaxtda “heç olmasa onu xəşbəxt edim” deyərək həddinnən artıq qayğı göstərirlər” deyir. 

Mənbə: Qadin.net