Can sıxıntısı marağın, yaradıcılığın və özünü kəşf etməyin xəbərçisidir.
Bəzi insanlar, dərsə getmək məcburiyyəti olmayan, uşaqların vaxtlarını istədikləri kimi dəyərləndirə bildikləri bir məktəb olduğunu eşitdiklərində bunun dünyanın ən asan məktəb olduğunu düşünürlər. Həyat çətindir və məktəb də elə olmalıdır, elə deyil?
Həqiqət budur ki, dünyanın ən yaxşı demokratik məktəblərindən olan Sudbury Məktəbləri olduqca çətindir. Şagirdlərə nə etmələri lazım olduğunu söyləmədiyimiz üçün, vaxtlarını necə keçirəcəklərinə özləri qərar vermək məcburiyyətində olurlar. Əksər vaxtlarda edəcək bir şey tapmayıb sıxılırlar. Bu məktəb daha da asan olan məktəbdən daha pis olmalıdır: Nə etmələri olduqlarına qərar verə bilmədikləri üçün canları sıxılan şagirdlərin olduğu çox çətin bir məktəb!
Can sıxıntısını daha yaxşı başa düşmək
Can sıxıntısı pis bir şey ola bilər. Maraqlı bir şey etmək məcburiyyətində qaldığınızda, sıxılarsınız. Xüsusilə də işi başınızdan atmadığınızda daha da qorxunc hiss olur bu.
Beyinlərimiz təşviq edilməyə ehtiyac duyur. Yəni maraqlı şeylər öyrənməyi və təcrübələri sevirik. Buna görə də “yavan” şeylər haqqında düşünməyə çətinlik çəkdiyimizdə özümüzdən çıxırıq. Bu cür can sıxıntısı – “məcburi can sıxıntısı” deyək buna – məcburi dərsləri və tapşırıqları olan ənənəvi məktəblərdə geniş yayılıb.
Ancaq başqa cür də can sıxıntısı var. İstədiyiniz hər hansı bir şeyi etməkdə sərbəst olub, amma nə etmək istədiyinizi bilmədiyinizdə yaşadığınız sıxıntı. Buna da “sərbəst can sıxıntısı” deyək.
The Open School-da ( “açıq məktəb” ) bir şagird, adi Lila olsun, musiqi alətləri ifa etməkdən məktəbdə öz dükanını işlətməyə və məktəb görüşlərini idarə etməyə qədər bir çox fəaliyyətlərlə məşğul olurdu. Zaman keçdikcə bu məşğuliyyətlərinə olan marağını itirdi və can sıxıntsından get-gedə daha çox şikayət etməyə başladı. “Edəcək heç bir şeyim yoxdur”, deyirdi. Edəcək əlbəttə çox şey var, dünya Lilanın ayaqları altındaydı. Riyaziyyat çalışa bilər ya da məqalələr yaza bilərdi, bir Youtube kanalı aça bilər, video oyunu dizayn edə bilər ya da daha əvvəl kimsənin etmədiyi, hətta ağlının ucundan belə keçirmədiyi bir şey edə bilərdi.
Lila, “sərbəst can sıxıntısı”ndan əziyyət çəkirdi. Bu haldaykən, normalda etdiyiniz şeylər o an üçün yavan görünür. Dostlarınız ya da ailəniz sizə təkliflər etsələr də hamısı eyni dərəcədə qulağınıza sıxıcı gəlir. Məcburi vəzifələriniz sizi məşğul edə bilər, ancaq can sıxıntısından xilas etməz; sadəcə “sərbəst can sıxıntısı”ndan “məcburi”yə çevirər.
İnsanlar bəzən məcburi can sıxıntısını sərbəst can sıxıntısından üstün tutarlar. Məcburiyyət onları sıxışdırsa da, ən azından günahı başqalarına ata bilirlər. Bunun sayəsində “Müəllimim mənə ilham verməliydi, amma elə olmadı, buna görə də kədərli olmağımın səbəbi müəllimimdir”, deyə bilərlər.
Mütəmadi məşğul olma “xəstəliyi”
Hər birimiz bənzərsizik və hamımızın bir-birindən fərqli maraq dairələri, bacarıqları, meylləri var. Nə edəcəyinizə qərar vermək ömür boyu davam edən və tək başınıza öhdəsindən gəlməli olduğunuz bir işdir. Kimsə sizin nəyin marağınızı çəkdiyini deyə bilməz. Kimsə bunu təxmin belə edə bilməz.
“Sərbəst can sıxıntı”sı pis bir şey deyil. Naxoş bir hissdir sadəcə, aclıq hiss kimi. Ancaq pis deyil. Aclıq kimi, sərbəst can sıxıntısı da bizi hərəkət etməyə yönləndirir. Bizi yeni şeylər yoxlamağa, yeni suallar verməyə və daha əvvəl düşünmədiyimiz mövzular haqqında düşünməyə məcbur edir. Maraq duyğusunu və yaradıcılığı təşviq edir.
Sudbury Məktəbləri boş binalardan ibarət deyil. Maraqlı şeylərlə, öz maraqları üçün çalışan müxtəlif insanlarla doludur. Kitablar, musiqi alətləri, kompüterlər var. Öz işləriylə məşğul olan ya da məktəb komitəsinin işlərini aparan, ianə toplamaqdan pulun necə xərclənəcəyinə, kimin işə götürüləcəyindən məktəb qaydalarının müzakirəsinə qədər hər şeyi edən hər yaşdan insan var. Buradakı şagirdlər, ənənəvi bir məktəbdə hər hansı bir insanın edə biləcəyi hər şeyi və daha çoxunu edə bilərlər.
Bütün bu cəlbedici şeylərə baxmayaraq, uşaqların çox vaxt canı sıxılır. Edəcək bu qədər çox şey varsa niyə sıxılırlar? Öz maraq dairələrini hələ kəşf etmədikləri üçün. 21-ci əsrdə böyümənin ən böyük tələblərindən biridir bu və uşaqlarımızı bundan qorusaq, onlara yaxşılıq etmiş olmayacağıq.
Mənbə: egitimpedia.com