Uşağınızı nizam-intizama salmaqda problem yaşayırsınız? Ana və ata olaraq uşağınızı nizamlı etmək üçün bunlara əməl etməlisiniz:
- Dayan
- Müşahidə et
- Dinlə
Dayanın və öz-özünüzdən soruşun: “Uşağım nə edir və niyə belə davranır?”
Müşahidə edin və öz-özünüzdən soruşun: “Bu mövzuda nə edə bilərəm?”
Dinləyin və özünüzdən soruşun: “Bunu təkrarlamaması üçün nə edə bilərəm və necə?”
Özünüzü uşağınızın yerinə qoyun və nə baş verdiyini hiss etməyə, anlamağa çalışın. Əgər uşağınızın fərqli hadisələrə qarşı reaksiya və davranışlarını anlaya bilsəniz, onu rahatlıqla yönləndirə bilərsiniz. “Bir uşağa doğru davranış göstərməsini öyrətmək böyük bir sehr deyil. Öyrədilmsi lazım olan bir bacarıqdır”. Uşaqlara doğru davranış öyrədilməzsə, heç bir uşaq bunu necə edəcəyini bilməz.
Bu məqalədə uşağınıza əl qaldırmadan onu necə böyütməyiniz mövzusunda bəzi faydalı nümunələr oxuyacaqsınız.
Bəzən uşağın döyülməsinin lazım olduğuna inana bilərsiniz, amma valideyn olaraq həmişə sakit qalmağınız daha yaxşıdır. Əks halda bu vəziyyət özünüzü günahkar hiss etməyinizə səbəb olar.
Uşağınıza vurmaq onun zehnində mənfi bir iz qoyar. Bir yetkin olduğunda bu, bir qorxuya və ya xəyal qırıqlığına dönə bilər.
Nizam-intizam mövzusunda işə yarayan metodlar:
- Yanlış davranışa həddindən artıq reaksiya göstərməyin, amma doğru davranış göstərdiyində də ona xüsusi diqqət çəkin. Yaxşı davranışı tanıdaraq və təqdir edərək, onun doğru davranış göstərməsini təşviq etmiş olacaqsınız.
- Etdiyi səhv hərəkəti nizama salmağa çalışın. Əgər çox sevdiyi meyvə şirəsini qəsdən tökübsə, onu təmizləsin və yenidən doldursun. Başqa bir şey etməsinə ehtiyac yoxdur.
- İmkan verin şərtlərdən bir şey öyrənsin. Əgər oyuncağı qırar, xarab edərsə, yenisini almayın. Onun bu hərəkətinin nəticəsini öyrənməsini təmin edin.
- Diqqətini başqa istiqamətə çəkin. Kitablarınızın üstünə kağız, yapışqanlar yapışdırırsa, özünün nə etdiyinə diqqətini yönləndirməyə çalışın.
- Qaydaları açıq və sadə şəkildə ona izah edin. “Vurmaq olmaz, vurmaq incidir”
- Hadisələri ortaya çıxmadan mane olun. Bir uşağa necə toxunacağını göstərərək başlaya bilərsiniz. Uzaqdan ona əmrlər verməyin. Yanına gedin, gözlərinə baxın və qışqırmamasını söyləyin. Gər təhlükəli bir şey etməyə niyyətlənibsə, onu etmədən əngəlləyin. Bunu niyə etdiyinizi ona qısaca izah edin.
Digər metodlar:
- Dinləyin
Hər valideyn uşağına bunu deyir: “sənə neçə dəfə dedim ki, bunu etmə?” Əslində bunun əvəzinə ona hirslənməyinizdən əlavə onun nə söylədiyini dinləməyinizi tövsiyə edirik. Ana və atanın yaxşı dinləyici olması önəmlidir. Uşağınızın hərəkətlərini daha yaxşı anlamağınıza kömək edər.
- Seçimlər vermək
Bu, ən təsirli metodlardan biridir. Məsələn, uşağınız oyuncaqlarını ətrafa dağıtmaq kimi mənfi bir şey edirsə, bunu etməməsi üçün ona bəzi seçimlər verə bilərsiniz. Ona “Oyuncaqlarınla daha çox oynamaq istədiyini bilirəm, amma kitab oxumaq vaxtıdır. Sənə kitab gətirməyimi istəyirsən ya özün götürəcəksən?”
- İmtiyazları siyahınızdan çıxarın
Uşağınıza cizgi film izləmək ya da duş almaq kimi bəzi imtiyazlar vermisinizsə, onları bir müddətlik geri götürməyi düşünə bilərsiniz. Əgər uşağınız mənfi davranış nümayiş etdiribsə, onun bu hrəkətin görə bu imtiyazı əlindən aldığınızı söyləməlisiniz.
Hirslənə, qışqıra və ya sizi vura bilər, amma siz bir neçə dəqiqə sakitliyinizi qorumağa çalışalı və qərarlı durmalısınız. Hələ də əsəbi keçməyibsə, tələbindən əl çəkməsi üçün onu yönləndirə bilərsiniz.
- Mükafatlandırın
Bir uşaq təqdir edilməyi çox sevir və bu şəkildə öyrənir. Uşağınız n vaxt doğru bir davranış göstərsə, onu alqışlayaraq ya da etdiyi şeydn xoşlandığınızı deyərək onu qiymətləndirə bilərsiniz. Bu, onun özündən gözlənilən şeyin nə olduğunu başa düşməsində kömək olacaq.
- Nümunə olun
Bu, çox vaxt önəmsəmədiyimiz ya da unutduğumuz bir şeydir. Valideyn olaraq siz həmişə doğru davranış göstərməlisiniz. Çünki uşağınız tərəfindən çox diqqətlə izlənirsiniz.
Bunlara diqqət etməlisiniz
-Nəzakətli danışın
-Birini alçaldıcı ifadələr işlətməyin
-Həmişə eyni vaxtda yemək yeyin
-Çəngəl –bıçaq-qaşıq istifadəsini uşağınıza öyrədin
-Uşağınıza başqasının yanında qışqırmayın
-Uşağınız böyüyəndə sizinlə eyni şeyi etdiyi üçün TV izləmək saatlarınızı nizamlayın
-Mümkün olduğu qədər sağlam qidalanmağa çalışın