Günümüzdə uşaq böyütməyin ən əsas “çətinliklərindən” biri də valideynlərin uşaqlarının təhsilinə aktiv bir şəkildə daxil olmasısıdır: Müəllimlərlə iclaslar etmək, məktəbdəki könüllü işlərə qoşulmaq, tapşırıqlara kömək etmək və çox az sayda işləyən valideyinin vaxt tapa bildiyi yüzlərcə şey etmək.. Bu çətinliklər içimizə elə hopub ki, çox az valideyn bu qədər cəhdlərə dəyib dəymədiyini sorğulayır.
Texas Universitetinin sosiologiya professoru Keith Robinson və Duke Universitetinin sosiologiya professoru Angel L. Harris valideynlərin müdaxiləsinin akademik nailiyyətlərə təsirinin olub-olmadığını araşdırıblar və nəticənin elə olmadığı müəyyənləşib. Uşaqların tapşırıqlarına kömək etməkdən tutmuş universitet planları üzərinə danışmağa, məktəblərində könüllü olaraq işləməyə qədər uşaqların akademik həyatına müdaxilə etməyin 63 fərqli yolunu araşdırıblar. Bu araşdırma valideynləri daha çox müdaxilə edən uşaqların zamanla daha çox inkişaf göstərib göstərmədiklərini tapmağı qarşısına məqsəd qoyurdu. Tədqiqatçılar bunu oxu və riyaziyyat test nəticələri də daxil olmaqla, uşaqların akademik performansı əsasında ölçüblər.
Tapdıqları şey təccüblüydü. Ölçüləbilən valideyn müdaxiləsinin – valideynin aid olduğu etnik kök, sosial sinif ya da təhsil səviyyəsi nə olursa olsun – uşaqlara akademik olarq çox az faydası olduğu, hətta onları gərgin etdiyini gördülər.
Hər gecə qızınızın ev tapşırığına göz atırsınız? Robinson və Harrisin Köhnə Kompas: Uşaqların Təhsilində Valideyn Müdaxiləsi, adlı işlərinə görə, bunu etməyiniz qızınızın testlərdən daha yüksək dərəcə almasını təmin etməyəcək. Bundan əlavə, uşaqlar orta məktəb çağına gəldikdə valideynlərin ev tapşırıqlarına kömək etmələri uşaqların imtahan nəticələrini aşağı sala bilər. Robinsonun sözlərinə görə, bunun səbəbi valideynlərin uşaqların məktəbdə öyrəndiklərini unutmaqları və ya həqiqətən də bunu tam olaraq başa düşmədikləridir.