Silikon Vadisinin rəsmi olmayan sloqanı var: “Uğursuz ol”. Məsələn Facebook-un ofisində, üzərində “Dərhal uğursuz ol” yazan afişalar var. Sanki işçiləri daha çox uğursuz olmaları üçün təşviq edilir.
Bəs niyə?
Parlaq fikrin və zəkanın bir arada olduğu bir mühitdə uğursuzluq, uğura gedən yolda bir addım kimi görünərkən, bizlər şəxsi və iş həyatımızda uğursuz biri kimi anılmaqdan narahat oluruq. Bundan əlavə uğursuz olmağa dözümümüz olmadığı kimi, uğursuz olmaq qorxusunu da bizdən sonrakı nəsillərə etina ilə ötürürük.
Uşaqları qoruma instikti ilə uğursuz olmalarını əngəlləməyə çalışmaq qəbul edilən bir fikir olsa da, “vertolyot” ailə olaraq tanımlanan, yəni uşaqlarının ətrafında pərvanə olan ailələrin qoruma vəzifəsində çox irəli getdikləri qəbul edilməlidir. Bu xoş niyyətli ana və atalar ayaqqabı bağı bağlamaqdan, ev tapşırığı etməyə qədər uzanan çətin ola biləcək işləri özləri edirlər.
Günümüzdə bir çox idman yarışlarında rəqabət mümkün qədər arxa planda buraxılıb və bunun yerinə idmançılara yarışdıqları üçün yox, iştirak etdikləri üçün medallar verilir. Uşaqlar evdə oynadığı sadə oyunlarda belə uduzmaqdan qorxurlar. Biz onları emosional pambığa bükürük.
Nəticə olaraq uşaqlar şəxsi inkişafları üçün lazım olan fürsətləri itirirlər.
Uşaqların nə düşündüklərini açıq söyləyə bilmələri, sağlam risklər almaları və hədəflərinin ardından getmələri kimi önəmli həyat dərsləri, uğursuzluqdan qaçma meylləri ilə yox olur. Uşaqlar eyni zamanda özlərini bağışlada bilmə qabiliyyətini itirir və digərlərinə qarşı həssaslığını və simpatiyasını göstərməkdə çətinlik çəkirlər. Məsələn, tapşırıqlarını valideynləri edən bir uşaq, tapşırığını edə bilməyən sinif yoldaşını rahatlıqla mühakimə edə bilər.
İrq və cinsiyyət ayrı seçkiliyi etmək cəmiyyətdə xoş görülməsə də, şərtlər daxilində uğursuz olmuş birini günahlandırmaq hələ də normal qarşılanır.
Uşaqlarımızın – onlar hələ çətinliklərin öhdəsindən gəlmək üçün lazımi gücə sahibkən – uğursuz olmalarına icazə verək. Bir riyaziyyat problemi ilə məşğul olmalarına və həll edə bilməmələrinə icazə verək. Güclərini və empatiyalarını artıracaq səhvlər etmələrinə icazə verək.
Hamımız daha çox uğursuz olarsaq, daha sağlam bir cəmiyyət yarada bilərik.
Mənbə: egitimpedia.com