Keçən il ikinci sinif şagirdlərimə tapşırıq verməmək qərarı aldım və təəccüblü bir şey oldu: şagirdlərim evdə daha çox dərslərlə məşğul olmağa başladılar. 8 yaşlı uşaqlar əldə etdikləri bu yeni zamanı maraqlandıqları mövzular üzərində araşdırma edərək keçirdilər. Bundan əlavə, öyrəndiklərini dostlarıyla da paylaşdılar və bu da dostlarını öz maraq dairələriylə bağlı araşdırma etmək üçün həvəsləndirdi. Ən başda bunu hədəflədiyimi və çox yaxşı müəllim olduğumu demək istərdim, amma əsl təqdirə layiq olan şagirdlərimdir.
Şagirdlərimin evdə işlədiyi mövzulara dair bir neçə nümunə:
Birinci şagird: Dərsdə hava modellərinin dəyişməsini öyrəndikdən sonra, Sandy qasırğasıyla bağlı daha çox şey öyrənməyə qərar verdi. New Jerseyin daha sonrakı vəziyyətini göstərən kartondan bir model hazırladı.
İkinci şagird: Vətəndaş müharibəsi haqqında danışdıqdan sonra, Gettysburg müharibəsi haqqında maraqlı məlumatlar daxil etdiyi üçölçülü model hazırladı.
Üçüncü şagird: Martin Lüter Kinq haqqında dərsdən sonra özü onun “Mənim bir xəyalım var” adlı məşhur danışığını araşdırdı.
Ev tapşırığı vərdişlərini pozmaq üçün beş mərhələli plan:
1. Valideynlərə tapşırıqlar haqqında öz fikirlərinizi açıqlayın.
Məktəbin başladığı günlər ev tapşırıqları haqqında fikirlərinizi ailələrə deməyiniz üçün çox möhtəşəm fürsətdir. Ancaq bunun üçün evə məktub göndərmək əvəzinə, geniş təqdimat hazırlayaraq valideynlərlə paylaşın. Xüsusilə də ilk günlərdə məktəbdən evə çox qeydlər getdiyi üçün, göndərəcəyiniz məktub aralıqda itə bilər.
Ev tapşırıqları bir çox ailə üçün stress və mübahisəyə səbəb olduğu üçün valideynlərin çoxu sizə dəstək olacaq. Şübhə duyan valideynlərin suallarını da təqdimat vasitəsilə cavablaya biləcəksiniz.
2. Evdə kitab oxumağı dəstəkləyin, şagirdlərinizi buna həvəsləndirin.
Burada açar söz həvəsləndirməkdir. Təqdimatınızda evdə oxumağın faydalarından bəhs edin. Evdə kitab oxumaları üçün siyahı verə bilərsiniz, amma oxuyub bitirmələri üçün vaxt təyin etməyin. Şagirdləriniz özlərini hər axşam kitab oxumağa məcbur etməməlidir. Kitab oxumaq,vəzifə yox, seçim olmalıdır.
3. Evə həftəlik kəlimə və riyaziyyat məlumatları göndərin.
Hər həftənin əvvəli öyrənmələri üçün kəlimə və riyaziyyat haqqında məlumatları list halında evə göndərin. Əlavə olaraq şagirdlərinizin öyrənmələrini asanlaşdıracaq cədvəllər də tərtib edə bilərsiniz.
4. Aylıq könüllü ailə proyektləri hazırlayın.
Hər ayın əvvəli evə, şagirdlərə ailələri ilə arasında dialoq quracaq şəkildə hazırlanmış, əyləncəli ailə proyektləri göndərirəm. Bəzi nümunələr: bir balqabağı ailə şəkilləriylə doldurun, evdəki ləvazimatlardan bir quş yuvası hazırlayın və s. Şagirdlərlə ailələr proyektlərini bir ay içində tamamlayırlar, ayın sonunda isə şagirdlər öz işlərini sinifdə təqdim edirlər.
5. Əlavə dərs imkanları yaradın.
Bəzi şagirdlər ev tapşırıqlarını sevir. Keçən il məndən evdə tapşırıq etmələri üçün tapşırıq kağızı istəyən iki şagirdim oldu. Bu şagirdlərə onları əyləndirəcək tapşırıqlar verməyə çalışın. Bundan əlavə, şagirdlərinizə dərsdə işlədiyiniz mövzu haqqındakı biliklərini inkişaf etdirmələri üçün əlavə mənbələr göndərin.
Yazıçı Henri Devid Toro (Henry David Thoreau) “Həmişə çalışmaq kifayət etmir, qarışqalar da daima çalışır. Əsas məsələ nəyin üzərində çalışmağımızdır” deyir. Biz pedoqoqlar şagirdlərimiz üçün rahat öyrənmə fürsətləri yaratmağa çalışmalıyıq. Daima məşğul olmağımız həm şagirdlər, həm də bizim üçün zaman itkisidir.
Daima məşğul olmağın mənfi təsirləri bununla kifayətlənmir. Azyaşlı şagirdlərimizin idman, musiqi və digər fəaliyyətlərlə məşğul olacağı dəyərli vaxtlarını əllərindən almış oluruq. Səkkiz yaşındakı bir uşağ futbol məşqlərinə ya da musiqi dərslərinə çatması üçün riyaziyyat tapşırığını bitirməli olduğu stressini yaşamamalıdır.
Mənbə: egitimpedia.com