Rənglərin həm böyüklər, həm də uşaqlar üzərində təsiri olduğu elm adamları tərəfindən sübut edilib. Psixoloqlar, sənətçilər rənglərin insanlar üzərindəki təsirlərini bilərək istifadə edirlər.
Körpələr doğumdan sonrakı ilk 6 ay ərzində ətrafı yalnız ağ-qara görürlər. Bu səbəbdən də qırmızı, qara, ağ kimi yüksək kontrastlı rəngləri xoşlayırlar. Zaman keçdikcə digər rənglərə də qarşı maraq duymağa başlayırlar. 10 yaşından əvvəl ümumiyyətlə qırmızı sevən uşaqlar, 10 yaşından sonra başqa rənglərə də yönəlməyə başlayırlar. Uşaq psixologiyasını anlamaqda rənglər böyük əhəmiyyət daşıyır, ancaq uşaqların rəng seçimlərinin 4 yaşından sonra hər hansı bir məna ifadə etdiyini də unutmamaq lazımdır.
Mavi rəngi sevən və şəkil çəkərkən maviyə üstünlük verən uşaq, duyğularını daha yaxşı ifadə edir. Sarı rəngi seçən uşaq xoşbəxtdir. Qəhvəyi rəng seçimi isə uşağın pessimist olduğuna işarədir. Bənövşəyi rəngi seçən uşaq, valideynlərinin dəstəyinə daha çox ehtiyac duyur. Yaşıl rəngi seçən uşaq mülayim və xoşbəxtdir. Qırmızı rəngi şərh edərkən isə diqqətli olmaq lazımdır. Çünki qırmızı rəng həm təhlükəni, həm də güvəni təmsil edir.
Məktəbəqədərki dövrdə uşaqların istifadə etdikləri rənglərin əksəriyyətinin həqiqətlə əlaqəsi olmur. Yəni uşaqlar mavi yarpaq, qırmızı bulud, çəhrayı günəş çəkə bilərlər. Bunun səbəbi isə sevdikləri rəngləri seçmələridir.
Uşağınızın paltar seçimində üstünlük verdiyiniz rənglərə də diqqət etməyiniz lazımdır. Məsələn, gündüz vaxtı canlı rənglər istifadə etməyiniz onların daha enerjili və şən olmalarını təmin edir. Gecə isə yuxuya getməsini asanlaşdırmaq üçün mavi, yaşıl kimi solğun rənglər seçməyiniz daha uyğun olar.
Uşaqların rəng seçiminə təsir edən digər bir faktor da onların cinsiyyətləridir. Qız uşaqları daha çox çəhrayı, açıq rənglərə üstünlük verirlər. Oğlan uşaqları isə mavi, qara kimi rənglər seçirlər. Bunları əsas tutan oyuncaq firmaları da qız uşaqlarına daha canlı və rəngli, oğlan uşaqları üçün daha tünd rəngli oyuncaqlar istehsal edirlər.
Mənbə: sevgilibebek.com