Uşaqlar ev işlərində kömək edəndə həm işə yaradıqlarını hiss edirlər, həm də məsuliyyətli olmağı öyrənirlər. Bu işdə əsas məsələ isə ev işlərinin uşağın yaşına görə təyin edilməsidir.
3 yaşlı uşaqlar üçün ev işləri.
- Oyuncaqları yığışdırmaq;
- Yemək zamanı salfet, boşqab, çəngəl və ya qaşığı süfrəyə qoymaq (xüsusi səliqə olmasa da olar);
- Əli çatan asqılara gödəkçə, pencək asmaq.
4 yaşlı uşaqlar üçün ev işləri.
- Süfrəni hazırlamaq;
- Tozsoranı tutmaq, yerləri silmək, tozları almaqda kömək etmək;
- Şirniyyat bişirərkən mikseri tutmaq;
- Oyun oynadıqdan sonra oyuncaqları və özünə aid əşyaları yığışdırmaq.
5 yaşlı uşaqlar üçün ev işləri.
- Yeməkdən əvvəl süfrəni səliqə ilə hazırlamaq;
- Yemək yedikdən sonra qabları yığışdırmaq;
- Yatağını yığışdırmaq, çirkli geyimlərini ayrıca səbətə qoymaq;
- Ayaqqabının ipini bağlamağı öyrənmək.
6 yaşlı uşaqlar üçün ev işləri.
- Güllərə su vermək;
- Paltarlarını dolaba qoymaq;
- Tərəvəzləri təmizləmək;
- Asan hazırlanan yeməkləri böyüklərin köməyi ilə bişirmək.
7 yaşlı uşaqlar üçün ev işləri.
- Bağçanı sulamaq;
- Bazarlıq zamanı kömək etmək;
- Səhərlər zəngli saat ilə sərbəst oyana bilmək;
- Məktəbdə yemək üçün öz yeməyini hazırlamaq.
8-9 yaşlı uşaqlar üçün ev işləri.
- Salfetləri səliqə ilə qatlayıb süfrəni hazırlamaq;
- İstifadəsi asan olan elektrik avadanlıqlarının (mikser, şirə çəkən və s.) sərbəst istifadə edilməsi;
- Ev tapşırıqlarını sərbəst etmək.
10 yaşlı uşaqlar üçün ev işləri.
- Yataq dəstini sərbəst dəyişmək;
- Günlük planını qurub, cədvəllə işləmək;
- Hazır keks, xəmir və digər məhsular ilə asan yeməklər hazırlamaq.
11 yaşlı uşaqlar üçün ev işləri.
- Evdə tək qala bilmək;
- Öz işlərində məsuliyyətli olmaq;
- Evə gələn qonağı qarşılaya bilmək;
- Sərbəst olaraq dərslərini hazırlamağa davam etmək.
DİQQƏT: İşləri bölüşdürərkən qız və oğlan uşaqları arasında fərq qoymayın.