Kitaba sevgini necə qazandırmaq olar?
Uşağa hərfləri birləşdirərək söz yaratmağı, sözləri birləşdirərək cümlə halına gətirməyi öyrətmək asandır. Lakin, kitab oxumaq prosesini uşağa sevdirmək heç də göründüyü kimi asan deyil. Bu yolda əziz valideynlər, sizdən tələb olunanlar: səbr, səliqəlilik və ardıcıllıqdır.
0-2 yaş arası
Kitab – uşaqlar üçün oyuncaqdır
Uşağı kitabla doğum evində də, doğum evindən öncə də seçilmiş poema və romanlardan sevdiyimiz hissələri ona bətnimizdə oxumaqla tanış edə bilərik.
4-5 aydan etibarən isə uşaq yalnız kitabın dadına və rahatlığına fikir verir, başqa sözlə desək ağzına yerləşib, yerləşməyəcəyinə baxır.
Bu ayda uşaqlara kitab oxumaq sizə mənasız görünə bilər. İlk növbədə bu, uşağınızla bir ünsiyyətdir, ikincisi isə sizdən eşidərək danışmağı öyrənməkdir. Xüsusilə də, şeir və mahnılar faydalıdır, hətta lap kiçik uşaqlar ritmi yaxşı qavrama imkanına malikdir və valideynlərinin intonasiyasını fərqləndirməyi bacarır.
Necə oxuyaq?
Kitabı uşağın başını qatan oyuncaqları yığışdıraraq, televizor və kompüteri söndürərək, sakit ab-havada oxuyun.
Diqqətli və emosional diktə edin, bütün səsləri canlı şəkildə səsləndirin. Asta və yüksək səslə, tez-tez, aram-aram oxuyaraq, ürəkdən danışaraq uşağı əyləndirin.
Yaxşı olardı ki, sizdə bir şəklin müxtəlif variantları olsun və o şəkilləri balacaya göstərin.
Şeirlərdə və nağıllarda əks olunan hərəkətləri canlandırmağa çalışın. Keçinin buynuzunu, bacarıqsız ayının hərəkətini və aslanın kükrəməsini göstərin.
Nə vaxt ki bu kitabın uşağı bezdirdiyini görsəniz o zaman kitabı bir günlük kənara qoyun.
Heyvanlar, oyuncaqlar və dünyanı əhatə edən kiçik, düzgün şəkildə qafiyələnmiş şeirlər oxumaq daha məsləhətlidir.
Nə alaq?
Bərk, şəklini dəyişməyən, təhlükəsiz kitab-oyuncaqlar almaq daha düzgündür. Hansını ki asanlıqla təmizləmək, dişləmək və hətta yumaq olur. Canlı illustrisiyalı animasiyalar, tüklü heyvanlar, “kvak” eliyən qurbağalar və s.
Daha böyük yaşlarda olan uşaqlar üçün valideynlər kitab seçimini təkbaşına edirlər. Əslində kitabı birlikdə seçsəniz balaca oxuculara daha maraqlı olar. Kiçik yaşlı uşaqlar üçün alınacaq kitabların dörddə üçünün şəkil, dörddə birinin yazı olması daha məsləhətdir. Şəkilli kitabdan şəkilsiz kitaba dərhal keçid olmamalıdır.
Uşaqlarda kitabxanalara getmək həvəsi yaratmaq lazımdır. Bağçalarımızda bu məqsədlə yaradılmış kitabxanalarımız və hər qrupda kitab guşəsi var. Yəni uşaqlar hər əlini uzadanda rahatlıqla kitabı götürə bilirlər.
Sonda onu da qeyd edim ki, uşaqlara kitab sevgisini bağça tərbiyəçisi və məktəbdə müəllimdən öncə valideynlər yaradır. Valədeyn mütailə ilə çox məşğul olarsa, uşaq da ondan nümunə götürər.
Ədəbiyyat siyahısı:
- “Göyçək Fatimə” Azərbaycan xalq nağılı
- “Dərsə gedən bir uşaq” şeir kitabı ( Mirzə Ələkbər Sabir)
- “Ayın itməsi” ( hekayə)
- “Sehirli torba” ( hekayə )
- “Tıq-tıq” xanım ( Abdulla Şaiq)
- Azərbaycan xalq nağılları
- “Şəngülüm Şüngülüm Məngülüm” ( Mikayıl Müşfiq)
- “Zəncirotu”, “Yeni qar” (Z. Aleksandrova)
- “Kim nə yuxu görür” (L. Aronzon)
- “Oyuncaqlar” (A. Barto)
- “Komaro üçün urra” (A. Bertelson)
- “Maşınlar haqqında”, “Əyləncəli yay” (Berestov V.)
- “Uşaqlar üçün şeirlər” (E. Blaqinina)
- “Vinni-puxun mahnıları” (B. Zaxoder)
- “Günəşin altında üzanmışam” , “Panda” (S. Kozlov)
- “Xoruz” , “Dovşan, dovşan, atdan” (Laqzdın Q.)
- “Meşə smeşinkası” (Mayer N.)
- “Qəfəsdə uşaq” (Marşak S)
- “Zoopark” (E. Morkovskaya)
- “Ən balacalar üçün şeirlər” (N. Pikuleva)
- Rus xalq nağılları: “Qaranquş”, “Bubençiki”, “Laduşki”, “Baba və nənəmgilə gedirəm”, “Bayu-bayuşki bayu”, “Parabüzən”.
- İngilis poeziyasında Marşaka S. və Çukovkovo K. Nın tərcümələri “Husinin anasının qafiyələri”
- “Necə yaşayırsınız, nə çeynəyirsiniz” (V. Stepanov)
- “Nümunəvi ailə” , “Kim meşədə yaşayır” (E. Serova)
- “Yay leysanı”, “İlin fəsilləri” (İ. Tokmakova)
- “Zürafənin qonağı kirpi” (A. Çebışev)
- “Kirpilər zaraft edir”, “Dovşan gəzməyə çıxdı” (Çukovskiy K.)
Bu yazı uşaq bağçası tərəfindən hazırlanıb.