“Belə tərbiyə xarakteri, bir şəxsiyyəti öldürmək deməkdir”

attachment-1864x1239Təyyarəyə minməyə hazırlaşıram.  Salonda ana qızına hirslənir:

“İnci, pencəyini geyin, yoxsa, əmi sənə hirslənəcək”. Uşaq əynini geyinmir. Ana hirslə pencəyi İnciyə geyindirir.

Ana hədələməyə davam edir: “İnci, ora getmə! İnci, əl vurma! İnci, yıxılacaqsan, qaçma!”.

İnci təyyarəyə əyləşir və ana yenə də : “İnci sakit dayan , bax, əmi sənə baxır. İnci, kəmərini tax, yoxsa, səni təyyarədən düşürdəcəklər” deyir.

Ana öldürücü kəlməni ən sona saxlayıb: “ İnci, sakit dayan, yoxsa, atan səni sevməz”.

Ananın bunları deməkdə məqsədi nədir, görəsən? Ananın bir məqsədi var : İncinin sakit dayanmasını təmin etmək.  Bəs, bunu necə edir? Hədələmək, hirslənmək, təhdit etməklə. Yəni, “tərbiyə edərək”.

Bəs ananın məqsədi nə olmalıdır? Uşağına məsuliyyət və dəyər qazandırmaq.  Lakin ana bu hədəfdən çox uzaqdır.

Uşaq pencəyini geyinmək istəmir. Ata nə təhdid edir, nə də hirslənir. Sadəcə olaraq deyir: “Oğlum, biz necə razılaşmışdıq?”

Cavab:

– Ata, istilik 19 dərəcədən yüksəkdirsə, geyinməmək haqqım var, amma 19 dərəcədən aşağıdırsa, xəstə olmamağım üçün geyinməliyəm.

– Hal-hazırda istilik neçə dərəcədir?

– 14

– Elə isə?

– Geyinməliyəm

Nümunədən də gördüyümüz kimi. Ata necə edir? Uşağını nə hədələyir, nə hirslənir. Sadəcə olaraq əvvəlcədən danışılmış və razılaşmış söhbəti xatırladır.

Eyni şəkildə uşaq yerə zibil atanda “ayıbdı” demir. “Oğlum, biz təbiəti çirkləndirməməliyik” deyir. Belə halda o uşağa xarakter və dəyər aşılayır, onu yuxarıdakı nümunədə olduğuğu kimi “tərbiyə etmir”.

İlk formada göstərilən cür tərbiyə xarakter formalaşdırmır, əksinə xarakteri yox edir. Bu tərbiyə insanı öz mənliyindən uzaqlaşdırır. Belə tərbiyə edilərək böyüdülən uşaqlar zamanla başqalarının iradlarından qorxur və onları çox önəmsəyirlər. Bu uşaqlar “ Başqaları nə deyər?” ya da “Ələ keçmədən istədiyimə necə nail olar bilərəm?” sualı ətrafında baş sındırırlar. Qısacası, belə tərbiyə ilə böyüyən uşaqlar öz kontrollarının xaricindədirlər.

Xarakterə önəm verən  ailələr isə uşağın mənliyini inkişaf etdirər və qarşılarındakı balacanı fərd olaraq qəbul edərlər.

Xarakter sahibi olan şəxs danlanmaqdan deyil, dəyərlərini itirməkdən qorxar. Xarakter sahibli insanları “ayıb” deyimi yox, öz vicdanları idarə edər. Qısacası, belə insanlar daha güclü olur və öz həyatlarını özləri idarə edirlər.

Nəticə olaraq, ilkin formadakı tərbiyə ilə uşaq böyütmək olmaz, çünki belə tərbiyə xarakteri, bir şəxsiyyəti öldürmək deməkdir.