Samirə Dünyamalıyeva \ Baş Direktor

Bioqrafiya

Samirə Muxtar qızı Dünyamalıyeva 1981 – ci il may ayının 30 – da Mingəçevir şəhərində anadan olub. 2008 – ci ildə Mingəçevir Şəhər Liseyini bitirib, həmin il Bakı Slavyan Universitetinin Rus dili və Ədəbiyyatı Müəllimliyi ixtisasına daxil olub. 2012 – ci ildə oranı bitirib və 63 saylı Bakı şəhər Tam Orta Məktəbdə pedaqoq kimi fəaliyyətə başlamışdır. Pedaqoq fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olmuşdur.

2008 – ci ildə Valideynlərin uşaq inkişaf ilə bağlı bilik və bacarıqların artırılması məqsədilə Yuva adlı Jurnalının əsasını qoymuşdur. Həmçinin, bu istiqamətdə işlərin davamı kimi, Yuva Valideyn Klubunu yaratmış və aktiv fəaliyyətini təşkil etmişdir.

2010 – cu ildə Mary Poppins Uşaq İnkişaf Mərkəzinin təsis etmişdir. Mərkəz uşaqlar, xüsusən də sağlamlıq imkanları məhdud uşaqlar üçün psixo – sosial və psixo – pedaqoji fəaliyyətlər təşkil etmişdir. Mərkəzin fəaliyyətinin davamı olaraq, 2011 – ci ildə “Dəniz” Uşaq Bağçasını qurmuşdur və onun direktoru kimi fəaliyyət göstərmişdir. Uşaq Bağçasında fəaliyyəti zamanı inklüziv təhsil qrupları təşkil etmiş və sağlamlıq imkanları məhdud uşaqların da tipik uşaqlarla birgə fəaliyyətinə şərait yaratmışdır.

2016 – cı ildə “İndigo” Uşaq Bağçasını təşkil etmiş və onun direktoru olaraq, fəaliyyətinə davam etmişdir. Bu müəssisədə də xüsus uşaqların tədris qrupları təşkil etmiş və onların inkişafı üçün tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. 2017 – ci ildə “İndigo – Special” Reabilitasiya Mərkəzinin qurulmasında biznes partnyor və investor olaraq iştirak etmişdir. Mərkəz sağlamlıq imkanları məhdud uşaqların, xüsusən də autizm sindromlu uşaqların inkişafı üçün fəaliyyətləri təşkil etməkdədir.

2019 – cu ildən 9 uşaq bağçası, 1 reabilitasiya mərkəzi və 1 şagird evindən ibarət “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə Baş Direktor olaraq, rəhbərlik edir. O həmçinin, valideynlərin maarifləndirilməsi və peşəkar valideynlik istiqamətində təşviq olunması məqsədilə də layihələr həyata keçirərək, ictimai fəaliyyətinə aktiv şəkildə davam edir. 

Mediada çıxışlar

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.