Ümümdünya Səhiyyə Təşkilatı hər il olduğu kimi bu il də pediatrik hesabat və informativ bülletenində körpə və uşaqların televizora baxmaq üçün tələblərini bəyan edib:
Körpələr və erkən yaş dövrü -0 aylıqdan – 3 yaşa kimi – Qadağandır
Məktəbəqədər yaş -3-7 yaş – sutkada 30 dəqiqə
İbtidai sinif dövrü – 7-10 yaş – 30-45 dəq gündə
Yuxarı siniflər – 1-3 saat gündə
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, Səhiyyə təşkilatı körpələrin yemək yeyərkən planşetdə cizgi filminə baxmasından narahatdır. Reallıqda 3-5 yaş arası uşaqların 90%-i gün ərzində televizor önündə 3-4 saat oturur.
Məktəblilərin 90%-i günboyu bütün sərbəst vaxtını komputer və televizor qarşısında başa vurur.
Azyaşlı uşaqlarda televizora çox baxmaq onlarda aqressivlik , hiperaktivlik yaradır, psixi sağlamlığına təhlükələr açır.
Bu uşaqlarda kriminal və xuliqanlıq əlamətlərini sezmək olur.
Televizorun uşaqlara fizioloji zərərləri:
-Görmə aparatı və qabiliyyətini pozur
-Beynin müxtəlif hissələrinin tam inkişafına mane olur
-Onurğa sütunu və qaməti pozulur
-Əzələ kütləsi tam inkişaf etmir
-İri və xırda motorika ilə problemlər yaşanır
-Hiperaktivlik
-Nitqin qüsuru və gec inkişafı – son ildə 35%-ə kimi artıb
-Ətraf mühitə adaptasiya və ünsiyyətin zəifləməsi
Nə qədər çətin olsa da, övladlarınızı televizordan uzaq tutun.